Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 9

Yehova Padşahımızdır!

Yehova Padşahımızdır!

(Zəbur 97:1)

  1. 1. Sevin, Yehovaya şərəf ver,

    Asiman Allahı tərənnüm edir.

    Gəlin biz də Ona həmd edək ürəkdən,

    Car çəkək azman işlərini.

    NƏQARƏT

    Qoy göylər sevinsin, yer üzü şadlansın,

    Rəbb Yehova Padişah oldu!

    Qoy göylər sevinsin, yer üzü şadlansın,

    Rəbb Yehova Şahənşah oldu!

  2. 2. Bəyan edək, xalqlar bilsin ki,

    Tək Yehova Allahdır xilas edən.

    Həmd-səna söyləyək Allahın şəninə,

    Baş əyək taxtı qarşısında.

    NƏQARƏT

    Qoy göylər sevinsin, yer üzü şadlansın,

    Rəbb Yehova Padişah oldu!

    Qoy göylər sevinsin, yer üzü şadlansın,

    Rəbb Yehova Şahənşah oldu!

  3. 3. Adil padşah taxta çıxmışdır,

    İlahi rəhbərlik bərqərar oldu.

    Yalançı tanrılar xəcalət çəksinlər,

    Ən gözəl həmdlər məxsus Rəbbə.

    NƏQARƏT

    Qoy göylər sevinsin, yer üzü şadlansın,

    Rəbb Yehova Padişah oldu!

    Qoy göylər sevinsin, yer üzü şadlansın,

    Rəbb Yehova Şahənşah oldu!

(Həmçinin baxın: 1 Saln. 16:9; Zəb. 68:20; 97:6, 7.)