Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 12

Uca Allah Yehova

Uca Allah Yehova

(Çıxış 34:6, 7)

  1. 1. Ya Rəbb Yehova, tək Sən ucasan,

    Heç zaman sevgin bitməz,

    Hüsnünə tərif yetməz.

    Sən Var olansan, çox hikmətlisən,

    Güc-qüvvən heç tükənməz.

  2. 2. Çox şəfqətlisən, əfv eyləyənsən,

    Biz möhtacıq tək Sənə,

    Sən qalmazsan biganə.

    Daim ruhunla yol göstərirsən,

    Üz tutduq dərgahına.

  3. 3. Ya Rəbb, layiqsən şan-şöhrətə Sən,

    Bərq vurur şanlı taxtın,

    Vəsf edirik pak ismin.

    Biz sidq-ürəklə həmd söyləyirik,

    Qoy məmnun qalsın qəlbin.