Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 19

Məsihin ölümünü anma mərasimi

Məsihin ölümünü anma mərasimi

(Mətta 26:26—30)

  1. 1. Sənə həmd edirik, Yehova,

    Bu ən müqəddəs gecədə.

    Sevgini ərz etdin, gücünü göstərdin,

    Qədim xalqının uğrunda.

    Quzu kəsilən o gecəykən

    Azad eylədin xalqını.

    Yüz illər sonradan verildi pak qurban —

    Ağamız axıtdı qanını.

  2. 2. Çörək və şərab əhd rəmzidir,

    Təmsil eyləyir fidyəni.

    Ağamız ölümün gözünə dik baxıb

    Fəda eylədi canını.

    Yehova, şükranla anırıq,

    Onun ölümün bu axşam.

    Oğlunun pak qanı ödədi fidyəni,

    Bəşəri qurtardı günahdan.

  3. 3. Sənin dəvətinlə, Yehova,

    Gəldik biz taxtın önünə.

    Sən bizə lütf etdin, Məsihi göndərdin,

    Edirik qəlbdən həmd-səna.

    Anma gecəsi toplaşmışıq,

    Şükran çağlayır qəlblərdə.

    Məsihin biz gərək izləriylə gedək,

    Qovuşmaqçün sonsuz həyata.

(Həmçinin baxın: Luka 22:14—20; 1 Kor. 11:23—26.)