NƏĞMƏ 28
Yehovanın dostu olaq
(Zəbur 15)
-
1. Ey Yaradan Tanrım,
Kimdir dostun Sənin?
Sən kimləri edirsən mehman
Öz evində, Rəbbim?
Kim ki sadiq qalıb,
Saf Kəlamın sevir.
Pakdır qəlbi, təmiz əməli,
Haqq yolla yeriyir.
-
2. Ey mehriban Allah,
Kimdir dostun Sənin?
Kim calallı taxtın önündə
Şad eyləyər Səni?
Kim ki uca tutur
Daima adını.
Hər vaxt bağlı qalır əmrinə,
Sevmir heç yalanı.
-
3. Ey qayğıkeş Rəbbim,
Sənsən qəlb sirdaşım.
Dar günümdə Sən hifz eylədin,
Tez dadıma çatdın.
Sənlə ülvi dostluq
Qoy əbədi olsun.
Heç kim verməz Sənin yerini,
Sənsən sadiq Dostum.
(Həmçinin baxın: Zəb. 139:1; 1 But. 5:6, 7.)