Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 40

Kimə məxsussan sən?

Kimə məxsussan sən?

(Romalılara 14:8)

  1. 1. Kimə məxsussan sən?

    Tabesən kimə söylə?

    Səcdə etdiyin olar ağan,

    Sənə bax odur hökm edən.

    Qulluq edə bilməz

    İki ağaya heç kəs:

    Birin çox sevər, vəfa göstərər,

    O, digərin heç saymaz.

  2. 2. Məxsussan sən kimə?

    Kimə baş əyirsən sən?

    Saxta tanrılar olsa belə,

    Gerçək Rəbbə səcdə eylə.

    Kimin sən əmrinə

    Önəm verəcəksən de,

    Fani insanın, ya tək Allahın?

    Qərar sənindir indi.

  3. 3. Kimə məxsusam mən?

    Məxsusam Yehovaya.

    Rəbbə eyləyərəm ibadət,

    Ona bəslərəm sədaqət.

    Günah pəncəsindən

    Baha qiymətə aldı —

    Oğlu canımın oldu fidyəsi,

    Rəbbə həmdlər ucaldım.