NƏĞMƏ 44
Məzlumun duası
-
1. Yehova, yalvarıram
Sən eşit fəryadımı,
Dərdim böyük, yaram dərin,
üzür bu canımı.
Naçaram çox, yordu məni
bədbin düşüncələr,
Sən lütf et, ey İlahi,
təsəlli ver, ol sipər.
NƏQARƏT
Yardım eylə, dözə bilim,
Ah, köksümdə qırıq qəlbim.
Ümidsizlik girdabından
Qurtar, Tanrım, Sən ol hayan.
-
2. Yehova, Kəlamınla ovunur
könlüm mənim,
Orda əks olunub
diləgəlməz duyğularım.
Artır imanımı,
Sənə olum hey arxayın,
Unutmayım, böyükdür
qəlbimdən məhəbbətin.
NƏQARƏT
Yardım eylə, dözə bilim,
Ah, köksümdə qırıq qəlbim.
Ümidsizlik girdabından
Qurtar, Tanrım, Sən ol hayan.
(Həmçinin baxın: Zəb. 42:6; 119:28; Rom. 8:26; 2 Kor. 4:16; 1 Yəh. 3:20.)