Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 53

Təbliğə hazırlaşaq

Təbliğə hazırlaşaq

(Ərəmya 1:17)

  1. 1. Sübh çağı

    Biz bir azdan

    Təbliğə çıxaq gərək.

    Qaranlıqdır çöl,

    Bərk yağış da yağır...

    Kimsə deyər: «Qoy evdə qalım və yatım».

    NƏQARƏT

    Vəz eyləməkçün xoş əhvalla

    Hər gün dua edək.

    Hazırlaşıb böyük sevinclə,

    Şövqlə gedək.

    Bil, mələklər Rəbbin əmriylə,

    Daim dəstək olur.

    Biz əməkdaşla qazanırıq

    Əsil uğur.

  2. 2. Bol sevinc

    Alarıq biz,

    Bunları unutmasaq.

    Haqq-Taala görür

    Çəkilən zəhməti.

    Sevgimizə O dəyər verir, fəxr edir.

    NƏQARƏT

    Vəz eyləməkçün xoş əhvalla

    Hər gün dua edək.

    Hazırlaşıb böyük sevinclə,

    Şövqlə gedək.

    Bil, mələklər Rəbbin əmriylə,

    Daim dəstək olur.

    Biz əməkdaşla qazanırıq

    Əsil uğur.