Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 61

Haydı, irəli, ey Şahidlər!

Haydı, irəli, ey Şahidlər!

(Luka 16:16)

  1. 1. Bu gün bizə çox gərəkdir qətiyyət,

    Etməkçün xilas müjdəsin müdafiə.

    Şeytan bizlərə qəzəblidir,

    Bizsə Haqq-Taalaya tam güvənirik.

    NƏQARƏT

    Sizlər — Rəbb Yehovanın mərd şahidləri,

    Sevinclə təbliğ edin, haydı irəli!

    Bütün ellərə yayılsın qoy şad xəbər,

    Siz hünərlə onu vəz eyləyin.

  2. 2. Bu dünyanı Allahın qulu sevməz,

    Rəbdən savayı kimsəyə o əyilməz.

    Təmiz, qüsursuz biz qalırıq,

    Sədaqətlə Rəbbə xidmət edirik.

    NƏQARƏT

    Sizlər — Rəbb Yehovanın mərd şahidləri,

    Sevinclə təbliğ edin, haydı irəli!

    Bütün ellərə yayılsın qoy şad xəbər,

    Siz hünərlə onu vəz eyləyin.

  3. 3. Bu gün xalqlar Allaha qarşı qalxır,

    Onun müqəddəs adını bədnam edir.

    Bizlərsə Rəbbi ucaldırıq,

    İsmini fəxarətlə daşıyırıq.

    NƏQARƏT

    Sizlər — Rəbb Yehovanın mərd şahidləri,

    Sevinclə təbliğ edin, haydı irəli!

    Bütün ellərə yayılsın qoy şad xəbər,

    Siz hünərlə onu vəz eyləyin.