NƏĞMƏ 65
İrəli get!
-
1. İrəli, irəli, çat yetkinliyə,
Həqiqət nurunu saç işıqtək dünyaya.
Xidmətdə daim can at təkmilliyə,
Allaha tam bel bağla.
Şagirditək İsa Məsihin,
Dəyərlidir sənin xidmətin.
Qoy tükənməsin heç bu yolda əzmin,
Allahdan dözüm dilə.
-
2. İrəli get, səbatla təbliğ eylə,
Bu xürrəm xəbəri aləmə sən müjdələ,
Şah Yehovaya şövqlə həmdlər söylə,
Vəz et ev-ev müjdəni.
Bizləri qorxutsa da düşmən,
Tək Yehovadır daim hayan,
Hər yerdə cəsarətlə edək bəyan
Padşahlıq xəbərini.
-
3. İrəli get, təbliğ eyləsin davam,
Hər zaman püxtələş, işində olsun nizam,
Rəhbərlik diləsən Rəbb Yehovadan,
O, sənə yol göstərər.
Sev qəlbdən tapdığın həlimi,
Köməklik et sevsin Kəlamı,
O, möhkəm qorusa öz imanını,
Həqiqət şəfəq saçar.
(Həmçinin baxın: Filip. 1:27; 3:16; İbr. 10:39.)