Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 74

Gəl Padşahlıq nəğməsini oxuyaq!

Gəl Padşahlıq nəğməsini oxuyaq!

(Zəbur 98:1)

  1. 1. Bu şən nəğmə zəfər haqda nəğmədir,

    Gəl vəsf edək fərəhlə Xaliqi.

    Sözlərində ümid və təsəlli var,

    Bizə qoşul, oxu yeni şərqi:

    NƏQARƏT

    «Tək Allaha səcdə qılaq,

    Məsihdir şah, bəyan edək!

    Gəl oxuyaq Şahlıq nəğməsini biz,

    Hey ucaldaq Yehovanın ismin».

  2. 2. Padşahlığı bəyan edək nəğməylə

    Hakimiyyət məxsusdur Məsihə.

    Vəd olunmuş yeni xalq yaranıbdır,

    Həmvarislər alqış edir şaha:

    NƏQARƏT

    «Tək Allaha səcdə qılaq,

    Məsihdir şah, bəyan edək!

    Gəl oxuyaq Şahlıq nəğməsini biz,

    Hey ucaldaq Yehovanın ismin».

  3. 3. Şahlıq haqda nəğmə qəlbə şəfadır,

    Təvazökar adam onu anlar.

    Bütün dünya Rəbbi tanımalıdır,

    Bu nəğməni qoy eşitsin bəşər:

    NƏQARƏT

    «Tək Allaha səcdə qılaq,

    Məsihdir şah, bəyan edək!

    Gəl oxuyaq Şahlıq nəğməsini biz,

    Hey ucaldaq Yehovanın ismin».