Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 75

«Mən gedərəm! Məni göndər!»

«Mən gedərəm! Məni göndər!»

(Əşiya 6:8)

  1. 1. Pislər Yehovanı şərlər,

    Uca ismin bədnam eylər.

    Biri Onu zalım sanır,

    Axmaqsa varlığın danır.

    Kim pak edər Rəbbin adın?

    Uca tutar Onun şanın?

    NƏQARƏT 1

    Gedərəm mən! Məni göndər!

    Dilim Sənə həmdlər söylər.

    Böyük şərəfdir, ey Allahım,

    Mən gedim! Məni göndər!

  2. 2. Bəşər haqq yolunu azıb,

    Allah xofu yaddan çıxıb,

    Cansız bütə o baş əyir,

    Taxta-taca «allah» deyir.

    Hökmü kimlər bəyan edər?

    Pisi məhvdən agah eylər?

    NƏQARƏT 2

    Gedərəm mən! Məni göndər!

    Olsun qoy xəbərdar onlar.

    Böyük şərəfdir, ey Allahım,

    Mən gedim! Məni göndər!

  3. 3. Pislik artır günü-gündən,

    Fağır, məzlum çəkir sitəm,

    Çıraqla ədalət gəzir,

    Qəlbi dinclik arzu edir.

    Verər kim həlimə müjdə,

    Məlhəm olar sınıq qəlbə?

    NƏQARƏT 3

    Gedərəm mən! Məni göndər!

    Bilik alsın həlim kəslər.

    Böyük şərəfdir, ey Allahım,

    Mən gedim! Məni göndər!

(Həmçinin baxın: Zəb. 10:4; Hizq. 9:4.)