Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 78

Allahın sözünü öyrədək

Allahın sözünü öyrədək

(Həvarilərin işləri 18:11)

  1. 1. Xoşbəxtdir kim Rəbbin Sözün

    Sevinclə öyrədir.

    Bu bənzərsiz əmək ona

    Böyük fayda verir.

    Örnək alırıq Məsihin

    Təlim üsulların.

    Şagird yaxşı bəhrə verdikcə,

    Rəbbə olur yaxın.

  2. 2. Rəbbin Sözün biz oxuyub

    Tapdıq orda sərvət.

    Dəvət edək biz hər kəsi,

    Alsın onlar hikmət.

    Hər öyrənən insan üçün

    Gərək olaq örnək.

    Savab işlər görməklə daim

    Rəbbin elmin yayaq.

  3. 3. Sözü tədris etmək üçün

    Allah ruhun verir.

    Kömək üçün dua edək,

    O, mütləq eşidir.

    Heyranıq bu xəzinəyə,

    Ordadır həqiqət.

    Şagirdləri qəlbdən sevək biz,

    Alsın bu iş vüsət.