Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 89

Allahın sözünə əməl edənlər xoşbəxtdir

Allahın sözünə əməl edənlər xoşbəxtdir

(Luka 11:28)

  1. 1. Qulaq asaq Allahın əmrinə biz,

    Onun Sözü zülmətdə bir çıraq.

    Bu həyatdan məmnunluq biz duyarıq,

    Hər kəlməyə tam əməl eyləsək.

    NƏQARƏT

    Daim qulaq as Rəbbə,

    Hay ver Onun sözünə.

    O, səadət bəxş eylər ömrünə,

    Hay ver Onun sözünə.

  2. 2. Qaya üstə qoyulan bir təməltək

    Bizi həyat tərzimiz qoruyar.

    Əməl etsək Məsihin sözünə biz,

    Onda həyat özülü bərk olar.

    NƏQARƏT

    Daim qulaq as Rəbbə,

    Hay ver Onun sözünə.

    O, səadət bəxş eylər ömrünə,

    Hay ver Onun sözünə.

  3. 3. Ağac sular yanında əkilərsə,

    Mövsümündə barını o verər.

    Qulaq assaq Allaha bir övladtək,

    O, əbədi nemətlər bəxş eylər.

    NƏQARƏT

    Daim qulaq as Rəbbə,

    Hay ver Onun sözünə.

    O, səadət bəxş eylər ömrünə,

    Hay ver Onun sözünə.