Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 95

Həqiqət nuru parlayır

Həqiqət nuru parlayır

(Məsəllər 4:18)

  1. 1. Məsih haqqında öyrənmək istəyən

    Mömin insanlar çox olmuşdur.

    Allah vəd etmişdi Məsih gələcək,

    Bəşərçün tək o, qurtuluşdur.

    Zaman yetişdi bax padşahdır Məsih,

    Onun hüzuru başlamış.

    Şərəfdir bilmək ilahi sirləri,

    Mələklər də bunu istəmiş.

    NƏQARƏT

    Artıq yolumuz işıqlıdır,

    Nurda yeriyirik bizlər.

    Allah haqq yolun göstərərək

    Açıb müqəddəs, pak sirlər.

  2. 2. Verməkçün vaxtlı-vaxtında qidanı

    Sadiq nökəri Rəbb seçmişdir.

    Tədricən Onun saçdığı saf işıq

    Zehnə, ürəyə yol tapmışdır.

    Artır günbəgün nurumuz bu yolda,

    Mətin yeriyirik bizlər.

    Haqqın mənbəyidir Yehova Allah,

    Dilimiz Xudaya həmd söylər.

    NƏQARƏT

    Artıq yolumuz işıqlıdır,

    Nurda yeriyirik bizlər.

    Allah haqq yolun göstərərək

    Açıb müqəddəs, pak sirlər.