NƏĞMƏ 97
Həyatımız Allahın Kəlamından asılıdır
-
1. Bəxş edib Kəlamın Allah,
Ruhçün odur qida.
Hər gün gəl oxuyaq pəsdən,
Var bunda çox fayda.
Biz uyğun yaşasaq ona,
Rəbb edər hidayət.
NƏQARƏT
Tək çörək yaşatmaz bizi,
Yox onda o qüdrət.
Hər bir kəlməsindən Rəbbin
Asılıdır həyat.
-
2. Cəm olub Sözündə Rəbbin
Çox gözəl örnəklər.
Mərd, cəsur, vəfalı idi,
O mömin insanlar.
Bu Kəlam bizlərə verir
Bol öyüd-nəsihət.
NƏQARƏT
Tək çörək yaşatmaz bizi,
Yox onda o qüdrət.
Hər bir kəlməsindən Rəbbin
Asılıdır həyat.
-
3. Sülh tapar qəlbimiz bizim,
Hər gün biz oxusaq.
Ən çətin anlarda belə,
Biz ona üz tutaq.
Kök atar bəsirət bizdə
Hey etsək qiraət.
NƏQARƏT
Tək çörək yaşatmaz bizi,
Yox onda o qüdrət.
Hər bir kəlməsindən Rəbbin
Asılıdır həyat.