Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 100

Qonaqpərvər olaq

Qonaqpərvər olaq

(Həvarilərin işləri 17:7)

  1. 1. Yehova qoymur fərq heç bir insana,

    Qonaqpərvərdir Rəbb cümlə-cahana.

    Yağış-qar yağdırır,

    günəş O çıxarır,

    Tökür başımızdan naz-nemət.

    Boynu bükük fağır, biçarə görsək,

    Rəbbə biz bənzəyib, yaxşılıq edək.

    Belə etsək əgər,

    Allah razı olar,

    Yaxşı əməl qalmaz əvəzsiz.

  2. 2. Alaq Rəbdən örnək, yaxşılıq edək,

    Bəndə möhtac olsa, göstərək kömək.

    Olsa da o, qərib,

    yardım etmək vacib,

    Gəl dost əlimizi uzadaq.

    Biz Lidiya kimi səmimi qəlbdən

    Açaq evimizi, qoy gəlsin mehman.

    Unutma Yaradan,

    agahdır hər şeydən.

    Savab iş görəni bəyənir.