Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 102

Zəiflərə kömək edək

Zəiflərə kömək edək

(Həvarilərin işləri 20:35)

  1. 1. Pisliyə maildir qəlb,

    Çoxdur xətası.

    Amma Allahın bizə

    Boldur sevgisi.

    O, bir Ata kimi

    Əfv eyləyir bizi.

    Gəlin biz də əfv edək,

    Səhv edən kəsi.

  2. 2. Bəzən görünür insan

    Çox güclü, möhkəm.

    Amma qəlbində çəkir

    O, çoxlu ələm.

    Gəl dərdini duyaq,

    Göz yaşını silək.

    Dilimiz onun üçün

    Qoy olsun məlhəm.

  3. 3. Zəifə Yehovadır

    Qol-qanad verən.

    Gücünü əta edib

    Ruhən dirçəldən.

    Biz də dayaq olaq,

    Gəl təsəlli verək.

    Qoy simamızda bizim

    O tapsın həmdəm.