Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 106

Ürəyimizdə məhəbbət yetişdirək

Ürəyimizdə məhəbbət yetişdirək

(1 Korinflilərə 13:1—8)

  1. 1. Rica edək duada Rəbdən

    Onun hüsnü əks olsun bizdə.

    Ruhun əsas bəhrəsi sevgi

    Ülvidir, o qalacaq baqi.

    Olsaq da biz çox qoçaq, elmli,

    Biz heç nəyik, əgər yox sevgi.

    Olsun gerçək məhəbbət qəlbdə,

    Belə ürək xoş olar Rəbbə.

  2. 2. İnsan sevdikcə xoşbəxt olur,

    Sevən qəlbi məmnunluq duyur.

    Bəsləmir o, qəlbində nifrət,

    O əfv edir, qorunsun vəhdət.

    Bil, hər şeyə məhəbbət dözər,

    Ağır yükə də o tab eylər.

    Çətin anda yadında saxla,

    Gerçək sevgi tükənməz əsla.

(Həmçinin baxın: Yəh. 21:17; 1 Kor. 13:13; Qal. 6:2.)