Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 107

İlahi məhəbbət örnəyi

İlahi məhəbbət örnəyi

(1 Yəhya 4:19)

  1. 1. Yehova Allah sevgi örnəyidir,

    Bu sevgi nur saçır.

    Bütün varlığı kamil məhəbbətdir,

    Hər bir işi ləl-cavahir.

    Rəbb Öz Oğlunu fidyətək verərək,

    Sildi günahı, böyük lütf edərək,

    Bizi əfv etdi, rəhmin göstərərək!

    Bu, ilahi sevgi örnəyi.

  2. 2. Yehovanın biz yoluyla gedirik,

    O, bizi cəlb edir.

    Bizim qardaşlıq Rəbdən hədiyyədir,

    O, xalqları bir eyləyir.

    Yehovanı biz candan çox sevirik,

    Qardaş-bacıya sevgi bəsləyirik,

    Nöqsanlarına biz göz bağlayırıq,

    Budur sevgi, qardaş sevgisi.

  3. 3. Sevgi telləri bizi ailətək

    Bir edir, cəm edir.

    Sevən Atamız bizi nəvazişlə

    Bu birliyə hey səsləyir.

    Bu saf məhəbbət baş səciyyəmizdir,

    Rəbbin Kəlamı tək bələdçimizdir,

    Bütün qardaşlıq məsləkdaşımızdır,

    Budur sevgi, gerçək, pak sevgi.

(Həmçinin baxın: Rom. 12:10; Efes. 4:3; 2 But. 1:7.)