NƏĞMƏ 108
Allahın sevgisi
-
1. Allahın sevgisi
İsidir alovtək bizi.
O, bütün bəşəri sevdi,
Uğrunda Oğlunu verdi.
Vəd edir O, sonsuz həyat,
Hər saleh alacaq nicat.
NƏQARƏT
Ey haqqa təşnə insan,
Gəl, həyat suyun sən iç,
Gəl, dad ilahi eşqi,
Duy əbədi sevinc.
-
2. Sevgisin Xudavənd
Göstərir bizə əzəldən.
O verib Məsihə taxt-tac,
Tək ondadır dərdə əlac.
Niyyətin Rəbb gerçək etdi,
Padşahlıq artıq hökm edir.
NƏQARƏT
Ey haqqa təşnə insan,
Gəl, həyat suyun sən iç,
Gəl, dad ilahi eşqi,
Duy əbədi sevinc.
-
3. Rəbdir eşq çeşməsi,
Sevməyə səslər O, bizi.
Hər həlim kəsə yar olaq,
Hər işdə nümunə verək.
Rəbb ruhuyla dayaq olsun,
Məhəbbət qəlblərə dolsun.
NƏQARƏT
Ey haqqa təşnə insan,
Gəl, həyat suyun sən iç,
Gəl, dad ilahi eşqi,
Duy əbədi sevinc.
(Həmçinin baxın: Zəb. 33:5; 57:10; Efes. 1:7.)