Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 111

Yehova — sevinc mənbəyimiz

Yehova — sevinc mənbəyimiz

(Mətta 5:12)

  1. 1. Sevinc dəyərli bir nemətdir,

    Alır qaynağın Allahdan.

    Yehova sevgiylə seçibdir

    İnci-gövhəri hər xalqdan.

    Qəlblər döyünür saf fərəhlə,

    Təlim alanda Kəlamdan.

    Rəbbə itaət edəndə biz,

    Görürük xeyir həyatda.

    Sevinc qəlblərdə bir ocaqdır,

    Atəş kimi alovlanır.

    Dərdlər, bəlalar çox olsa da,

    Dözməkçün Allah güc verir.

    NƏQARƏT

    Yehova sevinc mənbəyi,

    Onun əl işi zövq verər.

    Gücü, hikməti sonsuzdur Rəbbin,

    Lütfü boldur, O hifz eylər!

  2. 2. Xilqət, təbiət möcüzədir,

    Nə xoşdur onu seyr etmək.

    Əngin kainat şah əsərdir,

    Yehovaya həmd söyləyək.

    Sevinclə müjdə çatdırırıq,

    Zəfər çalacaq Padşahlıq.

    Bizə naz-nemət verəcəkdir,

    Dolar qəlblərə rahatlıq.

    Gözəl güzəran çox yaxındır,

    Qara buludlar çəkilir.

    Rəbbin əzəli niyyətidir,

    Dünya cənnətə çevrilir.

    NƏQARƏT

    Yehova sevinc mənbəyi,

    Onun əl işi zövq verər.

    Gücü, hikməti sonsuzdur Rəbbin,

    Lütfü boldur, O hifz eylər!

(Həmçinin baxın: Qan. 16:15; Əşy. 12:6; Yəh. 15:11.)