Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 112

Yehova sülh Allahı

Yehova sülh Allahı

(Filippililərə 4:9)

  1. 1. Allah sülh mənbəyi,

    Tükənməzdir sevgisi.

    Diləyirik, bəxş et, ya Rəbb,

    Ver ruhun sülh bəhrəsin.

    Bizdən ötrü canın

    Bəxş etdi kamil Oğlun.

    Ey Yehova, nə gözəldir

    Misilsiz, saf ülfətin.

  2. 2. Sənin ruhun, Rəbbim,

    İlhamıdır Sözünün.

    Hifz edir o, bələdçidir,

    Göstərir haqqın yolun.

    Pislik yox olacaq,

    Şər dövrün sonu yaxın.

    Qoy zehni də, ürəyi də

    Qorusun sülhün Sənin.

  3. 3. Xalqın Sən cəm etdin,

    Onlara ruhun verdin.

    Vəhdətdəyik, gözləyirik,

    Şahlığın qoy tez gəlsin.

    Sənin adil şahın

    Savaşı yox edəcək.

    Salehlərsə əbədiyyən

    Sülh içrə yaşayacaq.