NƏĞMƏ 121
Özümüzə hakim olaq
-
1. Ya Rəbb Yehova, sevirik Səni,
Biz bəni-insanıq, öyrət təmkini.
Cisim fani, yox heç bir xeyri,
Sülh və həyatdır ruhun bəhri.
-
2. Fəndlə, hiyləylə qurur tor Şeytan,
Aman vermir həm də günah bir yandan.
Səy göstərsək, Rəbb güc verəcək,
Əqlən və cismən qalib gələk.
-
3. Sözlə, əməllə Rəbbə həmd edək,
Dürüst, pak yaşaraq şərəf gətirək.
Vardır ricam Səndən, ya Rəbbim,
Qoy özümə mən olum hakim.
(Həmçinin baxın: 1 Kor. 9:25; Qal. 5:23; 2 But. 1:6.)