Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 125

«Rəhmdillilər xoşbəxtdirlər!»

«Rəhmdillilər xoşbəxtdirlər!»

(Mətta 5:7)

  1. 1. Kərimdir Yaradan Allah,

    Xalqı üçün gerçək pənah.

    Əlin açır, ruzi verir,

    O, lütf edərkən zövq alır.

    Tövbə edən əmin olar,

    Allah rəhmlidir, əfv edər.

    Bizi edib xəlq torpaqdan,

    Lütfkardır o uca Rəhman.

  2. 2. Günah edən saleh bəndə

    Barış dilər lütfkar Rəbdən.

    Verir o, duaya önəm,

    Alıb təlim çün Məsihdən.

    Ağa dedi: «Dua eylə,

    Yehovadan sən əfv dilə».

    Qəlbdə sülh yurd salsın deyə,

    Allahtək biz də əfv edək.

  3. 3. Savab işlər görən zaman,

    Bundan bizlər alırıq kam.

    Gözləmirik biz təmənna,

    Bizimçün Rəbdir nümunə.

    Göydən baxan uca Allah,

    Nemət verər qucaq-qucaq.

    Xoşbəxtdir o rəhmli insan

    Kimə Rəbb deyəcək «Əhsən»!

(Həmçinin baxın: Mət. 6:2—4, 12—14.)