NƏĞMƏ 126
Oyaq qalın, mərd olun, möhkəmlənin
-
1. Sən oyaq, mətin, möhkəm ol,
Ürəkdən güvən Rəbbə.
Hey dözüm göstər və mərd ol,
Çün bizimdir qələbə.
Rəhbərlik edir bizə Məsih,
Çağırır amiranə səsi:
NƏQARƏT
Sən oyaq, mətin və möhkəm qal!
Qal sadiq sona kimi!
-
2. Sən sərvaxt, ayıq-sayıq qal,
Daim ol itaətkar.
Məsihin əmrin tədbirlə
Çatdırır sadiq nökər.
Ağsaqqal səhih öyüd verir,
O, haqqın keşiyini çəkir.
NƏQARƏT
Sən oyaq, mətin və möhkəm qal!
Qal sadiq sona kimi!
-
3. Vəz edək ayıq qalaraq,
Bir yumruq kimi olaq.
Düşmənlər qarşı çıxsa da,
Biz ruhdan heç düşməyək.
Ucalır Yehovaya səna,
Az qalıb o möhtəşəm günə.
NƏQARƏT
Sən oyaq, mətin və möhkəm qal!
Qal sadiq sona kimi!
(Həmçinin baxın: Mət. 24:13; İbr. 13:7, 17; 1 But. 5:8.)