NƏĞMƏ 131
«Allahın birləşdirdiyini insan ayırmasın»
-
1. Rəbbin hüzurunda
Üçqat ip bağlanır.
Gəlinlə bəy şərəflə
Vəfa andı içir.
NƏQARƏT 1
Bəy söz verir ki, daim
Yarın sevər candan.
Bu birliyi qoy əsla
Ayırmasın insan.
-
2. Rəbbin Kəlamını
Onlar tutar uca.
Ulu Allah Yehova
Versin xeyir-dua.
NƏQARƏT 2
Gəlin də söz verir ki,
Yarın sevər candan.
Bu birliyi qoy əsla
Ayırmasın insan.
(Həmçinin baxın: Yar. 2:24; Vaiz 4:12; Efes. 5:22—33.)