Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 133

Gənc çağında Yehovaya ibadət et

Gənc çağında Yehovaya ibadət et

(Vaiz 12:1)

  1. 1. Gənc çağında Xaliqi xatırla,

    Odur Dostun, sən Ona bel bağla.

    O, qayğını çəkəcəkdir sənin,

    Bol bərəkətlə dolar həyatın.

  2. 2. Biz minnətdarıq ata-anaya,

    Daim verirlər bizə tərbiyə.

    Gəl saxlayaq onların hörmətin,

    Şad eyləyək qəlbini Allahın.

  3. 3. Ey dəyərli oğlanlar və qızlar,

    Rəbb imanlı gəncləri bəyənər.

    Cani-dildən gəl xidmət eyləyək,

    Şövqlə Yehovaya həmd ucaldaq.