Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 136

Yehovadan bol mükafat

Yehovadan bol mükafat

(Rut 2:12)

  1. 1. Vəfa sahibidir Yehova Allah,

    Sadiq qulların tanıyır.

    Görür zəhmətkeş, fədakardır onlar,

    Onun əmrinə müntəzir.

    Sən əgər ata yurdunu tərk edib,

    Getmisən müjdə yaymağa,

    Əmin ol, Allahdır sənin dayağın,

    Cənnət olacaq ərməğan.

    NƏQARƏT

    Qoy Yehova əvəzini versin,

    Üzərinə bol nemətlər töksün.

    Qanadları altına sığın,

    Allah vəfalıdır, sənə yar olsun.

  2. 2. Yehova bilir ki, möhnət yükümüz

    Ağırdır, salır taqətdən.

    Yorur, sarsıdır gündəlik qayğılar,

    Zalımdır çətin güzəran.

    Bizi eşidən təsəlli Allahı

    Dözməkçün verir güc-qüvvət.

    Ruhu, Kəlamı, vəfalı dostları...

    Bizimçün bunlardır sərvət.

    NƏQARƏT

    Qoy Yehova əvəzini versin,

    Üzərinə bol nemətlər töksün.

    Qanadları altına sığın,

    Allah vəfalıdır, sənə yar olsun.

(Həmçinin baxın: Hak. 11:38—40; Əşy. 41:10.)