NƏĞMƏ 138
Ağaran saçlar gözəllik tacıdır
-
1. Ey Xuda, sadiqdirlər
Bu nuranilər.
Çox illər xidmət etmiş,
Yaşlaşmış onlar.
Həm dərd-sər, ağrı görmüş,
Həm itki vermiş.
Əsil həyatı eylə,
Onlara bəxşiş.
NƏQARƏT
Ey Ata, unutma,
Gör zəhmətlərin.
Tək pənah yerisən,
Ya Rəbb, onların.
-
2. Sanki tacdır haqq yolda
Dən düşmüş saçlar.
Bu yaşlı qullar ilə
Rəbb fəxr eyləyər.
Gənc olmuşlar bir vaxtlar,
Hər işdə pərgar.
Padşahlıqçün can qoymuş
Bu gözəl şəxslər.
NƏQARƏT
Ey Ata, unutma,
Gör zəhmətlərin.
Tək pənah yerisən,
Ya Rəbb, onların.
(Həmçinin baxın: Zəb. 71:9, 18; Məs. 20:29; Mət. 25:21, 23; Luka 22:28; 1 Tim. 5:1.)