Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 139

Özünü yeni dünyada təsəvvür et

Özünü yeni dünyada təsəvvür et

(Vəhy 21:1—5)

  1. 1. Gözəl həyat, cənnət məkan...

    Bir an düşün, yetişib o dövran.

    Bax şad-xürrəm cümlə-bəşər,

    Şər-bəladan yox artıq əsər.

    Zəfər çaldı ulu Allah,

    Uca taxtı devrilməz heç vaxt.

    Yerdə quruldu şahanə bir düzən,

    Şükran nəğməsi çağlayır könüllərdən:

    NƏQARƏT

    «Yehova Allah, Sənə şükr olsun!

    Təzələdin hər şeyi büsbütün.

    Coşub-daşır qəlbdə ən gözəl həmd-səna,

    Tək Sənsən layiq şöhrətə, şərəf-şana!»

  2. 2. Gözəl həyat, cənnət məkan...

    Sən bir düşün, yetişib o dövran.

    Qorxu-hürkü bitdi daha,

    Nə möhtəşəmdir bu ab-hava!

    Bütün vədlər gerçək oldu,

    Küll-İxtiyar çadırın qurdu.

    Ölən əzizlər həyata qayıdır,

    Onlarla birgə hamı səs-səsə verir:

    NƏQARƏT

    «Yehova Allah, Sənə şükr olsun!

    Təzələdin hər şeyi büsbütün.

    Coşub-daşır qəlbdə ən gözəl həmd-səna,

    Tək Sənsən layiq şöhrətə, şərəf-şana!»