Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 141

Həyat bir möcüzə

Həyat bir möcüzə

(Zəbur 36:9)

  1. 1. Doğulan körpə, yağış damlası,

    Günəşin hər şöləsi, qar dənəsi.

    Bax bütün bunlar Allahdan bəxşiş,

    Tanıdır Rəbbi bizə gözəl yaranış.

    NƏQARƏT

    Gərək biz həyatın qədrini bilək,

    Xilqətin Xaliqini — Allahı çox sevək.

    Hər nə etsək də, biz onu qazanmarıq,

    Həyat bir möcüzə, Yehovadan bir pay!

  2. 2. Ümidin üzən həyatdan bezər,

    Diləyər Rəbdən ölüm, ah-zar edər.

    Ancaq bu həyat misilsiz ənam,

    Allaha qəlbdən edirik həmdi-şükran.

    NƏQARƏT

    Gərək biz həyatın qədrini bilək,

    Xilqətin əşrəfini — insanı çox sevək.

    Hər nə etsək də, biz onu qazanmarıq,

    Həyat bir möcüzə, Yehovadan bir pay!