Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 142

Ümidimizdən bərk yapışaq

Ümidimizdən bərk yapışaq

(İbranilərə 6:18, 19)

  1. 1. Cümlə-aləm yüz illərdir zülmətdədir,

    Sanki dalınca qaçırlar küləyin.

    Bu dünyanın dərdləri dəhşətlidir,

    Çün əsiridir o, günahın.

    NƏQARƏT

    Gəl sevinək Padşahlıq gələcək,

    Bizi qorxudan tam azad edəcək.

    Şər əbədiyyən məğlub olacaq,

    Ümid bir lövbərdir, ondan yapışaq.

  2. 2. Vəz eyləyək: «Allahın günü yaxındır»,

    Qəm-kədəri insanlar unudacaq.

    Ah-naləsi xilqətin bitəcəkdir,

    Haqq Allahı tərənnüm edək.

    NƏQARƏT

    Gəl sevinək Padşahlıq gələcək,

    Bizi qorxudan tam azad edəcək.

    Şər əbədiyyən məğlub olacaq,

    Ümid bir lövbərdir, ondan yapışaq.