Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 148

Yehova xalqının xilaskarıdır

Yehova xalqının xilaskarıdır

(2 İşmuil 22:1—8)

  1. 1. Ey var olan Yehova,

    hikmətin əngin,

    Bütün kainatı

    qüvvənlə xəlq etdin.

    Mislin, bərabərin yox Sənin yerdə və göydə.

    Xar olacaq düşmən.

    NƏQARƏT

    Yehova sadiq kəsi heç vaxt atmır,

    Qayadır Allah, olacaq xalqı agah.

    Cəsarətlə, imanla gərək

    biz vəz edək,

    Rəbb Yehova — pənah yerimiz,

    gəl sığınaq.

  2. 2. Ölüm dalğaları bax bürüdü məni,

    Kömək ol, Allahım,

    eşit harayımı.

    Qəlbin fəryadını Sən duydun Rəbbim,

    hay verdin,

    Mən sığındım Sənə.

    NƏQARƏT

    Yehova sadiq kəsi heç vaxt atmır,

    Qayadır Allah, olacaq xalqı agah.

    Cəsarətlə, imanla gərək

    biz vəz edək,

    Rəbb Yehova — pənah yerimiz,

    gəl sığınaq.

  3. 3. Şimşək kimi Sən qeyzlə

    çaxanda göydən

    Gücün əyan olar,

    qorxub əsər düşmən.

    Kim istəsən olarsan xalqın üçün,

    bu mümkün,

    Ey xilaskar Allah.

    NƏQARƏT

    Yehova sadiq kəsi heç vaxt atmır,

    Qayadır Allah, olacaq xalqı agah.

    Cəsarətlə, imanla gərək

    biz vəz edək,

    Rəbb Yehova — pənah yerimiz,

    gəl sığınaq.

(Həmçinin baxın: Zəb. 18:1, 2; 144:1, 2.)