NƏĞMƏ 150
Xilas üçün Yehovaya sığın
-
1. Budur, xalqlar qalxır,
Rəbbə asilik edir.
Fani insan ağalığı
Rəbbin hökmüylə bitir.
Bax devrilir şahlar,
Xəcil olacaq onlar.
Məsih fatehtək zəfər çalıb,
Haqqı edər bərqərar.
NƏQARƏT
Xilas üçün Rəbbə sığın,
Yehovadır güvənc yerin.
Sədaqət göstər,
O olar sipər,
Daim tut haqqın tərəfin.
Saxlar səni pənahında
Vəfalı Rəbbin.
-
2. Car çəkilir müjdə,
Seçim vardır hər kəsdə.
Sevirsə əgər Allahı,
Eylər iman hər bəndə.
Çox sərt olsa sınaq,
Gərək biz qorxmaz olaq.
Yehova çəkmir nəzərini
Bizə arxa duracaq.
NƏQARƏT
Xilas üçün Rəbbə sığın,
Yehovadır güvənc yerin.
Sədaqət göstər,
O olar sipər,
Daim tut haqqın tərəfin.
Saxlar səni pənahında
Vəfalı Rəbbin.
(Həmçinin baxın: 1 İşm. 2:9; Zəb. 2:2, 3, 9; Məs. 2:8; Mət. 6:33.)