Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 1B

«Hizqiyal» kitabının icmalı

«Hizqiyal» kitabının icmalı

Ümumilikdə «Hizqiyal» kitabını aşağıdakı kimi təsnif etmək olar:

1—3 FƏSİLLƏR

B. e. ə. 613-cü ildə Babilə sürgün edilmiş yəhudilərin arasında yaşayarkən Hizqiyal peyğəmbərə Yehovadan görüntülər nazil olur və Kəbər çayı sahilində yaşayan yəhudilər arasında peyğəmbərlik etmək tapşırılır.

4—24 FƏSİLLƏR

B. e. ə. 613—609-cu illərdə Hizqiyal, əsas etibarı ilə, Yerusəlimə və onun üsyankar, bütpərəst əhalisinə qarşı çıxarılan hökm xəbərindən ibarət peyğəmbərlikləri bəyan edir.

25—32 FƏSİLLƏR

B. e. ə. 609-cu ildə Yerusəlimin sonuncu dəfə babillilər tərəfindən mühasirəsi başlayır. Həmin ildən etibarən Hizqiyal Yerusəlimə deyil, ətrafdakı düşmən xalqlara — Əmuna, Əduma, Misirə, Muaba, Filiştə, Sidona, Sura qarşı hökm xəbərini çatdırmağa başlayır.

33—48 FƏSİLLƏR

B. e. ə. 606-cı ildən başlayaraq. Yerusəlim və oradakı məbəd artıq xaraba qalıb. Hizqiyal ümid xəbəri çatdırır: pak ibadətin dirçələcəyi barədə peyğəmbərlik edir.

Beləliklə, «Hizqiyal» kitabında həm xronologiya, həm də mövzu baxımından ardıcıllıq, demək olar ki, tam qorunub. Yerusəlimin və oradakı məbədin yerlə-yeksan ediləcəyi haqqında peyğəmbərliklər pak ibadətin dirçələcəyi haqda çoxsaylı peyğəmbərliklərdən əvvəl gəlir. Bu ardıcıllıq məntiqəuyğundur, çünki dirçəliş barədə peyğəmbərliklərin söylənməsindən belə nəticə çıxır ki, məbəddə artıq ibadət olunmurdu.

Bundan əlavə, düşmən xalqlar əleyhinə peyğəmbərliklər (25—32 fəsillər) Yerusəlim əleyhinə söylənilən hökm xəbərləri ilə pak ibadətin dirçəlişi haqqındakı peyğəmbərliklərin arasında yer alır. Hizqiyalın xalqlara qarşı söylədiyi hökm xəbərlərini şərh edərək bir alim yazır: «Bu hökm xəbərləri Allahın Öz xalqına qarşı alovlanan qəzəbinin mərhəmətlə əvəz olunmasına işarə idi. Çünki düşmənlərin cəzalandırılması artıq öz-özlüyündə xalq üçün, bir növ, qurtuluş idi».

1-ci fəslin 18-ci abzasına baxın