Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 2A

Hizqiyalın peyğəmbərlikləri

Hizqiyalın peyğəmbərlikləri

PEYĞƏMBƏRLİK NƏ DEMƏKDİR?

Müqəddəs Kitabda «peyğəmbərlik etmək» kimi tərcümə olunan ibrani feli nava, əsas etibarilə, Allahdan gələn xəbəri, hökmü, nəsihəti, yaxud əmri bəyan etmək mənasını daşıyır. Bu söz, həmçinin baş verəcək hadisə haqqında İlahidən nazil olan xəbəri çatdırmaq mənasını verir. Hizqiyalın peyğəmbərlikləri ilahi vəhylərin bütün bu növlərini özünə daxil edir (Hizq. 3:10, 11; 11:4—8; 14:6, 7; 37:9, 10; 38:1—4).

VƏHYLƏRİN ÇATDIRILMASI

  • GÖRÜNTÜLƏR

  • NÜMUNƏLƏR

  • SƏHNƏLƏR

Hizqiyal kitabında görüntülər, nümunələr, məsəllər, baş verəcək hadisələrin səhnələşdirilməsi yer alıb.

YERİNƏ YETMƏSİ

Hizqiyalın söylədiyi peyğəmbərliklər bəzən bir neçə dəfə yerinə yetir. Məsələn, pak ibadətin dirçəlişilə bağlı peyğəmbərliklər Allahın xalqı Vəd olunmuş diyara qayıdanda qismən yerinə yetdi. Ancaq bu nəşrin 9-cu fəslində müzakirə olunduğu kimi bu peyğəmbərliklərin çoxu həm bu gün yerinə yetir, həm də gələcəkdə yerinə yetəcək.

Əvvəllər Hizqiyalın peyğəmbərliklərindəki elementləri timsal kimi qəbul edirdik. Bu nəşrdə isə, Müqəddəs Kitab əsas vermirsə, heç bir insan, əşya, məkan və ya hadisə müasir dövrlə bağlı nələrinsə timsalı kimi təsvir olunmur *. Əsas diqqət Hizqiyalın bir çox peyğəmbərliklərinin daha geniş miqyasda necə yerinə yetdiyinə yönəldilib. Həmçinin bu nəşrdə görəcəyik ki, Hizqiyalın çatdırdığı xəbərlərdən, haqqında danışdığı insanlardan, məkanlardan və əhvalatlardan özümüzə hansı dərsi götürə bilərik.

^ Timsal mövzusuna dair «Gözətçi qülləsi» jurnalının 2015-ci il 15 mart sayının 9 və 10-cu səhifələrindəki 7—12 abzaslara, eləcə də həmin sayın 17 və 18-ci səhifələrində yerləşən «Oxucuların sualları» rubrikasına baxın.