Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 10B

«Quru sümüklər» və «iki şahid»

«Quru sümüklər» və «iki şahid»

1919-cu ildə bir-biri ilə əlaqəli olan iki peyğəmbərlik, «quru sümüklər» və «iki şahid» peyğəmbərliyi yerinə yetdi. «Quru sümüklər» görüntüsü çox uzun sürən və Allahın xalqının cəm halında canlanması ilə tamamlanan bir dövrə aiddir (bu dövr əsrlərlə davam etmişdi) (Hizq. 37:2—4; Vəhy 11:1—3, 7—13). «İki şahid» peyğəmbərliyi isə qısa müddət davam edən və Allahın az sayda xidmətçisinin canlanması ilə bitən dövrü bildirir (1914-cü ilin sonundan 1919-cu ilin əvvəlinədək davam etmişdi). Hər iki peyğəmbərlik simvolik dirilməni təsvir edir və müasir dövrdə hər ikisi 1919-cu ildə yerinə yetdi. Həmin vaxt Yehova məsh olunmuş xidmətçilərini «ayağa qaldırdı», onları Böyük Babilin əsarətindən azad etdi və bərpa olunmuş yığıncağa topladı (Hizq. 37:10).

Lakin bu iki peyğəmbərliyin icrası mühüm bir məqamda bir-birindən fərqlənir. «Quru sümüklər» peyğəmbərliyi yer üzündəki bütün məsh olunmuşların canlanmasından danışır. «İki şahid» peyğəmbərliyi isə məsh olunmuşların bəzilərinin — təşkilata rəhbərlik edən, «sadiq və ağıllı nökər» təyin olunan məsh olunmuşların canlanmasından xəbər verir (Mət. 24:45; Vəhy 11:6) *.

Sümüklərlə dolu düzənlik (Hizqiyal 37:1)

  1. B. e. 100-CÜ İLİNDƏN SONRA

    B. e. II əsrindən bəri. Məsh olunmuşlardan ibarət məsihi yığıncağı məcazi mənada qətlə yetiriləndə düzənlik sümüklərlə doldu

  2. 1919-CU İLİN ƏVVƏLİ

    1919. «Quru sümüklər» canlandı. Yehova bütün məsh olunmuşları Böyük Babildən çıxardıb bərpa olunmuş yığıncağa topladı

«İki şahid» (Vəhy 11:3)

  1. 1914-CÜ İLİN SONU

    «Çul geyib» təbliğ edirlər

    1914. «İki şahid» «əyninə çul geyib» üç il yarım təbliğ etdi. Bu dövrün sonunda onlar məcazi mənada öldürüldü

  2. Simvolik ölüm

  3. 1919-CU İLİN ƏVVƏLİ

    1919. «İki şahid» canlandı. Təşkilata rəhbərlik edən məsh olunmuş qardaşlardan ibarət kiçik qrup «sadiq və ağıllı nökər» təyin olundu

^ Baxın: «Gözətçi qülləsi» 2016-cı il, mart, «Oxucuların sualları».