Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 21A

«Pay ayırın»

«Pay ayırın»

HİZQİYAL 48:8

Gəlin Hizqiyalla birlikdə Yehovanın ayırdığı torpaq payına yaxından nəzər salaq. Bu torpaq payı beş hissədən ibarətdir. Bu hansı hissələrdir və hansı məqsədə xidmət edir?

A. «Pay»

Bu torpaq hökumətin istifadəsi üçündür və inzibati sistem orada yerləşir.

HİZQ. 48:8

B. «Payın ümumi sahəsi»

Bu, kahinlər, lavililər və şəhər üçün ayrılmış torpaqdır. Həmçinin bütün 12 qəbilədən olan insanlar Yehovaya ibadət etmək və idarəçiliyi dəstəkləmək üçün bu torpağa gəlir.

HİZQ. 48:20

C. «Sərdarın ərazisi»

«Bu torpaqlar İsraildə sərdara məxsus olacaq». «Bu hissə sərdara məxsus olacaq».

HİZQ. 45:7, 8; 48:21, 22

Ç. «Müqəddəs pay»

Yuxarı hissə «lavililər üçün» ayrılıb. Bu hissə «müqəddəsdir». Ortadakı hissə «kahinlər üçün ayrılmış müqəddəs pay olacaq». «Burada onların evi yerləşəcək. Bu müqəddəs yerdə həmçinin müqəddəs məkan [yaxud məbəd] olacaq».

HİZQ. 45:1—5; 48:9—14

D. «Qalan ərazi»

«Bura bütün İsrail evinə məxsus olacaq». Bu «sahə müqəddəs deyil və şəhər üçün — ev tikmək, otlaq kimi istifadə etmək üçün ayrılıb».

HİZQ. 45:6; 48:15—19