Kontentə keç

Mündəricatı göstər

DƏRS 3

Sual ver

Sual ver

Mətta 16:13—16

İCMAL: Dinləyicilərdə maraq oyatmaq, marağı qoruyub saxlamaq, mülahizə yürütmək, vacib fikirləri vurğulamaq üçün nəzakətlə suallar ver.

NECƏ NAİL OLMAQ OLAR?

  • Maraq oyat və marağı qoruyub saxla. Dinləyiciləri düşündürən, cavabı bilmək istəyi oyadan ritorik suallar ver.

  • Mövzu ətrafında mülahizə yürüt. Suallar verərək dinləyicilərə gətirdiyin dəlillərdəki məntiqi tutmağa və məntiqi nəticəyə gəlməyə kömək et.

  • Vacib fikirləri vurğula. Əsas fikrə keçid etmək üçün sual verib maraq oyat. Əsas fikri nəzərdən keçirəndən sonra, yaxud çıxışı yekunlaşdırarkən təkrar üçün suallar ver.