Kontentə keç

Mündəricatı göstər

DƏRS 5

Düzgün oxu

Düzgün oxu

1 Timutiyə 4:13

İCMAL: Mətni ucadan, olduğu kimi oxu.

NECƏ NAİL OLMAQ OLAR?

  • Yaxşı hazırlaş. Materialın nəyə görə yazıldığını müəyyən et. Sözləri ayrı-ayrı yox, qrup halında oxumağı məşq et. Sözləri buraxma, özündən söz əlavə etmə, yaxud bir sözü başqa sözlə əvəz etmə. Durğu işarələrinə fikir ver.

  • Bütün sözləri düzgün tələffüz et. Əgər hansısa sözün tələffüzünü bilmirsənsə, lüğətə bax, nəşrlərin audioyazısına qulaq as, yaxud yaxşı oxumağı bacaran adamdan kömək istə.

  • Aydın danış. Sözləri başını dik tutaraq və ağzını geniş açaraq tələffüz et. Çalış hər hecanı deyəsən.