Kontentə keç

Mündəricatı göstər

DƏRS 17

Aydın izah et

Aydın izah et

1 Korinflilərə 14:9

İCMAL: Dinləyicilərə çatdırdığın məlumatın məğzini başa düşməyə kömək et.

NECƏ NAİL OLMAQ OLAR?

  • Materialı hərtərəfli öyrən. Mövzunu yaxşı öyrən ki, onu öz sözlərinlə, sadə şəkildə izah edə biləsən.

  • Qısa cümlələrdən və sadə ifadələrdən istifadə et. Uzun cümlələrlə danışmağa yol verilsə də, əsas fikirləri qısa ifadələrlə və cümlələrlə söylə.

  • Tanış olmayan sözləri izah et. Dinləyicilərə tanış olmayan sözlərdən mümkün qədər az istifadə et. Tanış olmayan söz işlədəcəksənsə, izah et. Müqəddəs Kitabdan hansısa personajdan, qədim ölçü vahidindən, yaxud adətdən danışacaqsansa, onun haqqında məlumat ver.