Kontentə keç

Mündəricatı göstər

Toplantı iştirakçıları üçün məlumat

Toplantı iştirakçıları üçün məlumat

XİDMƏTÇİLƏR. Xidmətçilər sizə kömək etmək üçün təyin olunub. Xahiş olunur, onların avtomobili saxlamaq, nizam-intizam, yer tutmaq və sairlə bağlı göstərişlərinə əməl edəsiniz.

VƏFTİZ. Başqa göstəriş verilmədiyi halda, vəftiz olunacaq kəslər üçün baş zalda, səhnənin qabağında yerlər ayrılır. Vəftiz olunacaq kəslər şənbə günü vəftiz məruzəsi başlamamışdan qabaq həmin yerlərdə oturmalıdırlar. Vəftiz üçün dəsmal və münasib geyim gətirmək lazımdır.

İANƏLƏR. Yehovaya ibadətimizin rahat keçməsi üçün münasib yer, səsgücləndirmə sistemi, video avadanlıq və bir sıra digər şəraitlər təmin edilib. Bütün bunlar, sözsüz ki, xeyli vəsait tələb edir. Sizin ianələriniz sayəsində həmin xərclər ödənilir, habelə ümumdünya maarifləndirmə işi dəstəklənir. İanələrinizi zalın müxtəlif yerlərində qoyulan ianə qutularına ata bilərsiniz. Allahın işini səxavətlə dəstəklədiyiniz üçün Rəhbərlik Şurası öncədən sizə öz minnətdarlığını bildirir.

İLK YARDIM. Nəzərinizə çatdırırıq ki, ilk yardım yalnız TƏXİRƏSALINMAZ HALLARDA göstərilir.

TAPINTI ŞÖBƏSİ. Tapılan əşyalar tapıntı şöbəsinə təhvil verilməlidir. Hansısa əşyanızı itirmisinizsə, buraya müraciət edin. Valideynlərini itirən uşaqları da bu şöbəyə aparmaq lazımdır. Lakin bütün iştirakçıları yersiz stressə salmamaq üçün xahiş olunur, uşaqlarınızı gözdən qoymayasınız və həmişə yanınızda saxlayasınız.

OTURACAQLAR. Yalnız sizinlə birgə avtomobildə gələnlər, ailə üzvləriniz, ya da Müqəddəs Kitabı öyrətdiyiniz adamlar üçün yer tutmaq olar. Yanınızdakı oturacaqlara heç nə qoymayın. Xahiş olunur, bu məsələdə başqalarına qarşı diqqətcil olasınız.

KÖNÜLLÜLƏRİN XİDMƏTİ. Əgər toplantıda göstərilən xidmətlərdə iştirak etmək istəyirsinizsə, Məlumat və könüllülərin xidməti şöbəsinə müraciət edin.

XÜSUSİ İCLAS

PADŞAHLIQ MÜJDƏÇİLƏRİ MƏKTƏBİ. 23—65 yaş arası xidmətini genişləndirmək istəyən öncüllər bazar günü nahar vaxtı bu məktəblə bağlı keçiriləcək iclasa dəvət olunur. İclasın yeri və vaxtı elan olunacaqdır.

Proqram Yehovanın Şahidlərinin Rəhbərlik Şurası tərəfindən hazırlanıb