Kontentə keç

Mündəricatı göstər

DƏRS 07

Yehova Allah barədə nə bilirik?

Yehova Allah barədə nə bilirik?

Yehova barədə düşünəndə Onu necə Allah kimi təsəvvür edirsiniz? Bəziləri düşünür ki, Allah böyük, əzəmətli Varlıqdır, dərgahı əlçatmazdır. Bir başqaları isə Onu qüdrətli Varlıq hesab edir, amma eyni zamanda düşünür ki, insanlar Onun üçün maraqlı deyil. Bəs Yehova əslində necə Allahdır? O Öz Kəlamında bəzi xüsusiyyətlərini, eləcə də insanların qeydinə qaldığını açıqlayıb.

1. Allahı görmək nə üçün mümkün deyil?

«Allah ruhdur» (Yəhya 4:24). Yehova cismani varlıq deyil. O, ruhani Varlıqdır və göydə yaşayır. Bu elə bir yerdir ki, insan oranı görə bilməz.

2. Yehovanın bəzi xüsusiyyətləri hansılardır?

Düzdür, biz Yehovanı görə bilməsək də, tanıdıqca gözəl xüsusiyyətlərinə görə Onu sevirik. Müqəddəs Kitabda deyilir: «Yehova ədaləti sevir, sadiq bəndələrini tərk etməz» (Zəbur 37:28). O həmçinin «çox mehriban və mərhəmətlidir», xüsusən də əzab çəkən insanlara qarşı (Yaqub 5:11). «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəbur 34:18). Bizim əməllərimiz Allaha ya xoş, ya da ağır gedir. Pis iş tutan insan Allahı kədərləndirir (Zəbur 78:40, 41). Yaxşı əməl sahibi isə Allahın ürəyini sevindirir. (Məsəllər 27:11 ayəsini oxuyun.)

3. Yehova insanları sevdiyini necə göstərir?

Yehovanın ən üstün xüsusiyyəti məhəbbətdir. Əslində, Allah Özü «məhəbbətdir» (1 Yəhya 4:8). Yehova Öz məhəbbətini təkcə Müqəddəs Kitab vasitəsilə yox, yaratdığı şeylər vasitəsilə də aşkar edir. (Həvarilərin işləri 14:17 ayəsini oxuyun.) Məsələn, Onun məhəbbəti bizi necə xəlq etməsindən görünür. Biz göz oxşayan rəngləri görür, əsrarəngiz musiqidən zövq duyur, dadlı yeməklərdən ləzzət alırıq. O istəyir ki, həyat bizə zövq versin.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Yehova nəyin vasitəsilə möhtəşəm işlər görür. Sonra isə Yehovanın Öz gözəl xüsusiyyətlərini bizə necə əyan etdiyini öyrənin.

4. Müqəddəs ruh Allahın qüvvəsidir

Biz əllərimizlə iş gördüyümüz kimi, Yehova da hər şeyi müqəddəs ruhu vasitəsilə edir. Müqəddəs Kitabda açıqlanır ki, müqəddəs ruh Kainatda ən qüdrətli qüvvədir. Amma bəzi insanlar müqəddəs ruhun qüvvə yox, canlı varlıq olduğunu düşünür. Luka 11:13 Həvarilərin işləri 2:17 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Yehova Ondan diləyənlərin üzərinə müqəddəs ruhunu tökür. Deməli, hansı qənaətə gəlirsiniz, müqəddəs ruh canlı varlıqdır, yoxsa Allahın qüvvəsidir? Nəyə görə belə düşünürsünüz?

Yehova müqəddəs ruhu vasitəsilə möhtəşəm işlər görür. Zəbur 104:30 2 Butrus 1:20, 21 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Yehova müqəddəs ruhu vasitəsilə hansı işləri görüb?

5. Yehovanın gözəl xüsusiyyətləri

Musa peyğəmbər uzun illər Allaha sədaqətlə ibadət edirdi. Amma yenə də başa düşürdü ki, Yaradanını daha yaxından tanımalıdır. Buna görə də o, Allaha demişdi: «Yollarını mənə aç, qoy Səni yaxşı tanıyım» (Çıxış 33:13). Yehova da Musa peyğəmbərə Özünün bəzi xüsusiyyətlərini açıqlamışdı. Çıxış 34:4—6 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yehova Musaya hansı xüsusiyyətlərini açıqladı?

  • Yehovanın hansı xüsusiyyətləri sizin daha çox xoşunuza gəlir?

6. Yehova insanların qeydinə qalır

Qədimdə Allahın xalqı olmuş israillilər Misirdə kölə idilər. Xalqının zülm çəkməsi Yehovaya necə təsir edirdi? AUDİOYA qulaq asın və ayələri kitabdan izləyin, yaxud Çıxış 3:1—10 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Bu ayələrə əsasən, insanların iztirabları Yehovaya necə təsir edir? (7 və 8-ci ayələrə baxın.)

  • Sizcə, Yehova insanlara kömək etmək istəyir? O buna qadirdir? Nəyə görə belə düşünürsünüz?

7. Təbiətə baxanda Yehovanın xüsusiyyətlərini görürük

Yehova yaratdıqları vasitəsilə Öz xüsusiyyətlərini bizə açır. VİDEOYA baxın. Sonra Romalılara 1:20 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yaratdıqlarına baxanda Yehovanın hansı xüsusiyyətlərini görürsünüz?

BƏZİ İNSANLAR DEYİR: «Allah insanları yaradıb və başlı-başına buraxıb».

  • Siz bu barədə nə düşünürsünüz?

  • Nəyə görə belə düşünürsünüz?

İCMAL

Yehova gözəgörünməz ruhani Varlıqdır. Onda məhəbbət və digər gözəl xüsusiyyətlər var.

Təkrar

  • Nəyə görə biz Yehovanı görə bilmərik?

  • Müqəddəs ruh nədir?

  • Yehovanın xüsusiyyətlərindən bəziləri hansılardır?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Yehovanın dörd gözəl xüsusiyyəti barədə öyrənərək Onu daha yaxından tanıyın.

«Allahı yaxından tanıyaq» («Gözətçi qülləsi» № 1, 2019)

Yehovanın hər yerdə olmadığını göstərən sübuta nəzər salın.

«Allah-Taala hər yerdədir?» (internet məqaləsi)

Nəyə görə Kəlamda müqəddəs ruh Allahın «əlləri» adlanır?

«Müqəddəs ruh nədir?» (internet məqaləsi)

Gözdən əlil bir kişi Allahın onu sevdiyinə inanmırdı. Görün onun fikrini nə dəyişdi.

«Mən də başqalarına kömək edə bilərmişəm» («Gözətçi qülləsi», oktyabr—dekabr 2015)