Kontentə keç

Mündəricatı göstər

DƏRS 12

Müqəddəs Kitabı öyrənməyə davam edin

Müqəddəs Kitabı öyrənməyə davam edin

Müqəddəs Kitabı öyrənmək maraqlı səyahətə bənzəyir. Amma bu səyahət həmişə asan olmur. Bəzən narahat ola bilərsiniz: «Görəsən, Müqəddəs Kitabı öyrənməyə davam edə biləcəyəm?» Bəs nəyə görə çətin də olsa, davam etməyə dəyər? Köməyi haradan ala bilərsiniz?

1. Müqəddəs Kitabı öyrənməyin hansı faydaları var?

«Allahın sözü canlı və qüdrətlidir» (İbranilərə 4:12). Müqəddəs Kitab çox qiymətli kitabdır. Orada Allahın fikirləri və Onun sizə duyduğu hisslər qələmə alınıb. Bu kitab insana biliklə yanaşı, əsl hikmət və ümid də bəxş edir. Ən əsası, Müqəddəs Kitab insana Yehovanın dostu olmağa kömək edir. Müqəddəs Kitabı öyrəndikcə həyatınız yaxşılığa doğru dəyişəcək.

2. Müqəddəs Kitab həqiqətlərinin dəyərini anlamaq nəyə görə vacibdir?

Müqəddəs Kitab həqiqətlərinin hər biri bir incidir. Buna görə də Müqəddəs Kitab bizi təşviq edir: «Həqiqəti al, onu satma» (Məsəllər 23:23). Müqəddəs Kitab həqiqətlərinin nə qədər dəyərli olduğunu yadda saxlasaq, heç bir çətinlik gözümüzü qorxutmayacaq. Öyrənməyə davam etmək üçün əlimizdən gələni edəcəyik. (Məsəllər 2:4, 5 ayələrini oxuyun.)

3. Yehova sizə necə kömək edə bilər?

Yehova Qadir Allahdır. Eyni zamanda, sizin Dostunuzdur və sizə Özü haqda öyrənməyə kömək etmək istəyir. O sizdə «həm arzu» oyada bilər, «həm də fəaliyyət göstərməyiniz üçün sizə güc» verə bilər. (Filippililərə 2:13 ayəsini oxuyun.) Deməli, bəzən həvəsiniz olmasa da, Yehova öyrənməyə, yaxud öyrəndiklərinizə əməl etməyə sizdə həvəs oyada bilər. Əgər maneələri aşmaq, yaxud təqiblərə tab gətirmək üçün güc lazım olsa, O sizi gücləndirər. Həmişə duada Yehovadan diləyin ki, Müqəddəs Kitabı bundan sonra da öyrənməyinizə kömək etsin (1 Salonikililərə 5:17).

D Ə R İ N L İ Y Ə  V A R I N

İşiniz çox olsa da, yaxud maneələrlə üzləşsəniz də, görün Müqəddəs Kitabı öyrənməyə necə davam edə bilərsiniz və bu sahədə Yehova sizə necə kömək edəcək.

4. Müqəddəs Kitab dərsinə önəm verin

Bəzən gündəlik işlər o qədər çox olur ki, Müqəddəs Kitabı öyrənməyə vaxt qalmır. Bəs nə etmək olar? Filippililərə 1:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Sizcə, həyatda «daha vacib şeylər» nələrdir?

  • Müqəddəs Kitab dərsini ön plana necə çəkə bilərsiniz?

  1. Qaba birinci qumu töküb, sonra daşları qoysanız, daşlar yerləşməyəcək

  2. Amma əvvəlcə daşları qoysanız, onda qumun da çoxu qaba yerləşəcək. Eynilə, həyatda «daha vacib şeyləri» birinci yerə qoysanız, həm onları edəcəksiniz, həm də başqa işlərə vaxtınız qalacaq

Bizim Allaha ehtiyacımız var. Müqəddəs Kitabı öyrənəndə Allahı tanımaq və Ona ibadət etmək ehtiyacımızı ödəyirik. Mətta 5:3 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Müqəddəs Kitab dərsini ön plana çəkməyin hansı faydası var?

5. Maneələrə baxmayaraq, mətin olun

Bəzən kimlərsə sizi Müqəddəs Kitabı öyrənmək fikrindən daşındırmağa çalışacaq. Gəlin Françeskonun nümunəsinə nəzər salaq. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Françeskonun dostları və anası onun Müqəddəs Kitabı öyrənməsinə necə münasibət göstərdi?

  • Françeskonun qətiyyəti hansı gözəl bəhrələri gətirdi?

2 Timutiyə 2:24, 25 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Ailəniz və dostlarınız Müqəddəs Kitabı öyrənməyinizə necə yanaşır?

  • Müqəddəs Kitabı öyrənməyiniz kiminsə xoşuna gəlməyəndə, bu ayələrə əsasən, necə davranmalısınız və nə üçün?

6. Yehovaya sığının

Yehova Allaha yaxınlaşdıqca, Onu razı salmaq istəyimiz daha da artır. Bununla belə, Onun istədiyi kimi yaşamaq üçün həyatımızda dəyişiklik etmək bizə çətin gələ bilər. Əgər sizə də çətindirsə, təslim olmayın. Yehova sizə kömək edəcək. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Cim Yehovanı razı salmaq üçün hansı dəyişiklikləri etdi?

  • Onun hekayəsində sizə ən çox nə təsir etdi?

İbranilərə 11:6 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yehova «Onu cidd-cəhdlə axtaranlara», yəni Onu tanımaq və razı salmaq üçün əlindən gələni edənlərə hansı mükafatı verəcək?

  • Siz Müqəddəs Kitabı öyrənmək üçün əlinizdən gələni edəndə, ayəyə əsasən, Yehova hansı hissləri keçirir?

BƏZİ İNSANLAR SORUŞUR: «Müqəddəs Kitabı nəyə görə öyrənirsiniz?»

  • Necə cavab verərdiniz?

İCMAL

Müqəddəs Kitabı öyrənmək həmişə asan olmasa da, bunun sayəsində əbədi xoşbəxt həyata nail ola bilərsiniz. Bundan sonra da Yehovaya sığının. O sizi mükafatsız qoymayacaq.

Təkrar

  • Nəyə görə Müqəddəs Kitab həqiqətləri sizin üçün dəyərlidir?

  • «Daha vacib şeyləri» necə ayırd edə bilərsiniz?

  • Müqəddəs Kitab dərsinə davam etmək üçün nəyə görə Yehovanın köməyinə ehtiyacınız var?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Çoxlarına vaxtdan səmərəli istifadə etməyə hansı dörd üsul kömək edib?

«Vaxtınızın qədrini bilin» («Oyanın!», fevral 2014)

Görün əri mane olsa da, qadın Yehovanın köməyi ilə necə mətin qaldı.

«Yehova bizə qayğı yükümüzü daşımağa güc verir» (5:05)

Bir kişiyə həyat yoldaşının qətiyyəti necə təsir etmişdi?

«Həqiqəti sınadım» (6:30)

Bəzən Yehovanın Şahidlərini ailələri dağıtmaqda günahlandırırlar. Bəs bu, doğrudur?

«Yehovanın Şahidləri ailələri dağıdır, yoxsa birləşdirir?» (internet məqaləsi)