Kontentə keç

Mündəricatı göstər

DƏRS 16

İsa Məsihin gördüyü işlər

İsa Məsihin gördüyü işlər

Bir çox insan İsa Məsihi tanıyır. Bəziləri yalnız onun körpəliyində baş verən hadisələri bilir. Kimlərsə onu sadəcə hikmətli peyğəmbər hesab edir. Bir başqaları isə yalnız onun ölümü barədə bilir. Amma Müqəddəs Kitabdan onun yer üzündəki həyatı barədə daha çox şey öyrənmək olar. Bu dərsdə İsanın gördüyü mühüm işlər və onların sizə faydası barədə araşdıracağıq.

1. İsanın gördüyü əsas iş nə idi?

İsanın gördüyü əsas iş «Allahın Padşahlığı haqqında müjdəni» təbliğ etmək idi. (Luka 4:43 ayəsini oxuyun.) Müjdə ondan ibarət idi ki, Allah padşahlıq, yəni hökumət quracaq və bu hökumət bəşəriyyətin bütün problemlərini həll edəcək a. İsa bu xoş xəbəri üç il yarım usanmadan təbliğ etmişdi (Mətta 9:35).

2. İsanın möcüzələrinin məqsədi nə idi?

Müqəddəs Kitabda yazılıb ki, Allah İsanın vasitəsilə çoxlu «qüdrətli işlər, əlamətlər, möcüzələr etdi» (Həvarilərin işləri 2:22). Allahın verdiyi güclə İsa küləyi ram etmiş, minlərlə insanı doyurmuş, xəstələrə şəfa vermiş, hətta ölüləri diriltmişdi (Mətta 8:23—27; 14:15—21; Mark 6:56; Luka 7:11—17). İsanın göstərdiyi möcüzələr aydın şəkildə sübut edirdi ki, onu Allah göndərib. Bu möcüzələr həmçinin göstərirdi ki, Yehova bizim bütün problemlərimizi həll etməyə qadirdir.

3. İsanın həyatından nə öyrənirik?

İsa hər vəziyyətdə Yehovaya tabe olurdu. (Yəhya 8:29 ayəsini oxuyun.) Onu təqib etsələr də, Atasının buyurduğu işi sədaqətlə, son nəfəsinədək yerinə yetirdi. O sübut etdi ki, insan hətta çətin vəziyyətdə belə, Allaha xidmət edə bilər. Bəli, İsa bizim üçün «nümunə qoydu ki, onun izi ilə» gedək (1 Butrus 2:21).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün İsa Məsih müjdəni necə təbliğ edirdi və hansı möcüzələri göstərmişdi.

4. İsa Məsih müjdəni təbliğ edirdi

İsa Məsih yüz kilometrlərlə yol qət edir, tozlu-torpaqlı yollarla gedərək müjdəni insanlara çatdırırdı. Luka 8:1 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • İsa Məsih təkcə yanına gələn adamlara təbliğ edirdi?

  • İsa Məsih insanlara təbliğ etmək üçün nə edirdi?

Allah qabaqcadan demişdi ki, Məsih müjdə bəyan edəcək. Əşiya 61:1, 2 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • İsa Məsih bu peyğəmbərliyi necə yerinə yetirdi?

  • Sizcə, bu gün insanların müjdəni eşitməyə ehtiyacı var?

5. İsa Məsih öyüd-nəsihət verirdi

Allahın Padşahlığı haqda müjdəni təbliğ etməkdən başqa, İsa Məsih insanlara öyüd-nəsihət də verirdi. Gəlin bir neçə nümunəyə baxaq. Mətta 6:14, 34 7:12 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Bu ayələrdə İsa Məsihin hansı məsləhətləri yazılıb?

  • Sizcə, bu məsləhətlərin bu gün də insanlara köməyi dəyə bilər?

6. İsa Məsih möcüzələr göstərirdi

Yehovanın verdiyi güclə İsa çoxlu möcüzələr göstərmişdi. Məsələn, Mark 5:25—34 ayələrini oxuyun və ya VİDEOYA baxın. Sonra növbəti sualları müzakirə edin:

  • Qadın nəyə əmin idi?

  • Bu hadisədə sizə ən çox təsir edən nə oldu?

Yəhya 5:36 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • İsanın göstərdiyi möcüzələr onun haqqında nəyi təsdiqləyirdi?

Bilirsiniz?

İsa Məsihin həyatı haqqında çox şeyi dörd Müjdədən — Məttanın, Markın, Lukanın və Yəhyanın yazdığı Müjdələrdən öyrənirik. Bu Müjdələrin hər birində İsa barədə müxtəlif təfərrüatlar yer alır. Onların hamısı birlikdə İsa Məsihin həyatı haqqında çox gözəl mənzərə yaradır.

  • MƏTTA

    İlk Müjdəni yazmışdı. O, ən çox İsanın təlimlərindən, xüsusən də Allahın Padşahlığı haqda öyrətdiyi həqiqətlərdən bəhs edib.

  • MARK

    Ən qısa Müjdəni yazıb. Bu Müjdə həyəcan doğuran hadisələrlə zəngindir.

  • LUKA

    Duanın İsa üçün nə qədər önəmli olduğuna və onun qadınlarla xoş rəftarına diqqət yönəldib.

  • YƏHYA

    İsanın yaxın dostları və başqa adamlarla etdiyi söhbətləri qələmə alıb. Onun yazılarından İsanın xüsusiyyətləri barədə çox şey öyrənə bilərik.

BƏZİ İNSANLAR DEYİR: «İsa sadəcə peyğəmbərlərdən biridir».

  • Siz bu barədə nə düşünürsünüz?

İCMAL

İsa Allahın Padşahlığı haqda təbliğ edirdi, möcüzələr göstərirdi və hər vəziyyətdə Yehovaya tabe olurdu.

Təkrar

  • Yer üzündə olarkən İsanın gördüyü əsas iş nə idi?

  • İsanın möcüzələri nəyi sübut edir?

  • İsa hansı öyüd-nəsihətləri vermişdi?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

İsa Məsihin möcüzələrinin gerçək olduğuna nəyə görə inana bilərik?

«İsa Məsihin möcüzələri nəyi göstərir?» («Gözətçi qülləsi», 1 oktyabr 2004)

İsa Məsihin fədakarlığı barədə öyrənən bir kişinin necə dəyişdiyi barədə oxuyun.

«Təkcə özüm üçün yaşayırdım» («Gözətçi qülləsi», 1 oktyabr 2014)

a Allahın Padşahlığı barədə 31—33 dərslərdə daha ətraflı araşdıracağıq.