Kontentə keç

Mündəricatı göstər

DƏRS 18

Əsl məsihilər kimlərdir?

Əsl məsihilər kimlərdir?

Bu gün milyardlarla insan özünü məsihi adlandırır. Amma hamısının etiqadı, mənəvi dəyərləri bir-birindən fərqlənir. Belə isə kimlərin əsl məsihi olduğunu necə bilmək olar?

1. Məsihi kimə deyilir?

İsa Məsihin şagirdlərinə və ya davamçılarına məsihi deyilir. (Həvarilərin işləri 11:26 ayəsini oxuyun.) Bəs kimlər əsl məsihilərdir? Bunu necə bilmək olar? İsa Məsih demişdi: «Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz» (Yəhya 8:31). Deməli, əsl məsihilər İsanın təlimlərinə riayət etməlidir. Bundan başqa, əsl məsihilərin etiqadı Müqəddəs Kitaba əsaslanmalıdır. Çünki İsa sözlərini həmişə Allahın Kəlamına əsaslandırırdı. (Luka 24:27 ayəsini oxuyun.)

2. Əsl məsihilər bir-birini sevdiyini necə göstərir?

İsa Məsih davamçılarına demişdi: «Bir-birinizi mən sizi sevdiyim kimi sevin» (Yəhya 15:12). İsa şagirdlərinə sevgisini necə göstərirdi? Onlara vaxt ayırırdı, dayaq olurdu, kömək edirdi. İsa hətta onlardan ötrü canından da keçmişdi (1 Yəhya 3:16). Eynilə, əsl məsihilər də sevginin vacibliyi barədə danışmaqla kifayətlənmirlər. Onlar bir-birlərini sevdiyini həm sözdə, həm də əməldə göstərirlər.

3. Əsl məsihilər hansı işi görür?

İsa Məsih şagirdlərinə iş həvalə etmişdi. «Onları Allahın Padşahlığını təbliğ etməyə» göndərmişdi (Luka 9:2). Bəli, ilk məsihilər təbliğ edirdilər. Amma onların təbliği təkcə öz ibadət yerlərində vəz etməkdən ibarət deyildi. Onlar həmçinin ictimai yerlərdə və ev-ev təbliğ edirdilər. (Həvarilərin işləri 5:42; 17:17 ayələrini oxuyun.) Bu gün də əsl məsihilər insanlara Müqəddəs Kitabdakı həqiqətləri hər yerdə təbliğ edirlər. Onlar insanları sevir. Buna görə də vaxtlarını və güclərini əsirgəmədən insanlara müjdə çatdırıb, ümid və təsəlli verirlər (Mark 12:31).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün əsl məsihilərlə İsanın təlimlərinə riayət etməyən və onun izi ilə getməyən insanlar arasında hansı fərq var.

4. Onlar Müqəddəs Kitabı araşdırır

İlk məsihilər Allahın Kəlamına dəyər verirdi

Özünü məsihi adlandıran hər kəs Müqəddəs Kitabı araşdırmağı, ona uyğun yaşamağı vacib hesab etmir. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Özlərini Məsihin davamçısı adlandıran kilsələr insanlardan Məsihin təlimlərini necə gizlədib?

İsa Məsih insanlara Allahın Kəlamındakı həqiqəti öyrədirdi. Yəhya 18:37 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • İsanın sözlərinə əsasən, «həqiqət tərəfində olan» məsihiləri necə tanımaq olar?

5. Onlar Müqəddəs Kitabdakı həqiqəti təbliğ edirlər

İlk məsihilər insanlara təbliğ edirdi

Göyə qalxmazdan əvvəl İsa Məsih davamçılarına bir iş tapşırmışdı. Bu iş bu gün də icra olunur. Mətta 28:19, 20 Həvarilərin işləri 1:8 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Təbliğ işi nə vaxta qədər və hansı miqyasda həyata keçirilməlidir?

6. Onlar təbliğ etdikləri həqiqətə uyğun davranırlar

Tom adlı bir kişi əsl məsihiləri tapdığına necə əmin oldu? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Tom nəyə görə dindən üz döndərmişdi?

  • O, həqiqəti tapdığına nəyə görə əmindir?

İnsanın əməlləri onun haqda daha çox şey deyir, nəinki sözləri. Mətta 7:21 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • İsa üçün nə daha vacibdir: imanımızı dildə demək, yoxsa əməldə göstərmək?

7. Onlar bir-birilərini sevir

İlk məsihilər bir-birini sevirdi

Məsihilər dindaşlarından ötrü canlarından keçməyə hazırdırlar. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Yohansondan ötrü həyatını təhlükəyə atmağa Lloydu nə təşviq etmişdi?

  • Sizcə, o, əsl məsihi kimi davranmadı?

Yəhya 13:34, 35 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • İsanın şagirdləri (əsl məsihilər) başqa xalqdan, yaxud irqdən olan insanlarla necə rəftar etməlidir?

  • Müharibə vaxtı məhəbbət onları nəyə təşviq edəcək?

BƏZİ İNSANLAR DEYİR: «Özünü İsanın davamçısı adlandıranlar o qədər pis əməllər törədir ki, onların dini həqiqi din ola bilməz».

  • Belə deyən insanlar üçün əsl məsihiləri tanımağa kömək edən hansı ayəni oxuyardınız?

İCMAL

Əsl məsihilər Allahın Kəlamında yazılanlara əməl edir, bir-birilərinə fədakar məhəbbət göstərir, Müqəddəs Kitabdakı həqiqəti təbliğ edir.

Təkrar

  • Əsl məsihilərin etiqadı nəyə əsaslanır?

  • Əsl məsihiləri fərqləndirən əsas xüsusiyyət hansıdır?

  • Əsl məsihilər hansı işi görür?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

İsa Məsihin nümunəsini izləməyə və onun təlimlərinə uyğun davranmağa çalışan insanlar haqda öyrənin.

«Yehovanın Şahidləri kimlərdir?» (1:13)

Keçmiş rahibənin Allahı sevən insanları necə tapdığı barədə oxuyun.

«Onlar bütün suallarıma Müqəddəs Kitabdan cavab verdilər!» («Gözətçi qülləsi», aprel—iyun 2014)

Əsl məsihilər çətinlikdə olan dindaşlarına necə məhəbbət göstərirlər?

«Fəlakətlə üzləşən dindaşlarımıza kömək edirik» Fraqment (3:57)

Görün ilk məsihilər və müasir dövrdəki əsl məsihilər İsanın qoyduğu meyarlara necə uyğun gəlir.

«İsa peyğəmbərin sözlərinə əməl edənləri necə müəyyən etmək olar?» («Gözətçi qülləsi», 1 mart 2012)