Kontentə keç

Mündəricatı göstər

DƏRS 22

Müjdəni bölüşməyin üsulları

Müjdəni bölüşməyin üsulları

Müqəddəs Kitabdakı həqiqətləri öyrəndikcə, ola bilsin, ürəyinizdə deyirsiniz: «Bunu hər kəs bilməlidir!» Düzdür, bunları bilməyə hamının ehtiyacı var! Amma bəlkə də, öyrəndiklərinizi başqalarına danışmaq barədə fikirləşəndə həyəcanlanırsınız. Gəlin görək həyəcanın öhdəsindən necə gələ bilərsiniz və müjdəni sevinclə bölüşməyə sizə nə kömək edə bilər.

1. Öyrəndiklərinizi tanıdığınız insanlara necə danışa bilərsiniz?

İsanın şagirdləri demişdi: «Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həvarilərin işləri 4:20). Bəli, həqiqət onlar üçün çox dəyərli idi. Buna görə də onu mümkün qədər çox insana danışmaq istəyirdilər. Siz də həqiqətə bu cür yanaşırsınız? Əgər elədirsə, hər fürsətdən istifadə edib, öyrəndiklərinizi qohumlarınıza və dostlarınıza hörmətcil şəkildə danışın. (Koloslulara 4:6 ayəsini oxuyun.)

Söhbətə necə başlamalı?

  • Qohumlarınızla söhbət edəndə Müqəddəs Kitabdan hansısa mövzu barədə danışmağa belə başlaya bilərsiniz: «Bu həftə maraqlı bir şey öyrənmişəm».

  • Dostunuz xəstələnibsə, yaxud narahatlıq keçirirsə, ona Müqəddəs Kitabdan təsəlliverici ayə oxuyun.

  • İş yoldaşınız həftəsonunu necə keçirdiyinizi soruşanda Müqəddəs Kitab dərsində, yaxud yığıncaqda öyrəndiyiniz fikri bölüşün.

  • Dostlarınızı jw.org saytı ilə tanış edin.

  • Növbəti dəfələrdə Müqəddəs Kitab dərsinizə kimisə dəvət edin, yaxud jw.org saytında Müqəddəs Kitab dərsi üçün müraciət etməyin üsulunu göstərin.

2. Nə üçün yığıncaqla birgə təbliğ etmək gözəl məqsəddir?

İsanın şagirdləri müjdəni təkcə tanıdıqları insanlara çatdırmırdılar. İsa «onları gedəcəyi hər şəhərə, hər yerə özündən qabaq iki-iki göndərdi» (Luka 10:1). Bununla da təbliğ işini nizamlı şəkildə təşkil etdi. Bunun sayəsində müjdə daha çox insana çatdı. Birgə təbliğ etmək həmçinin şagirdlərə böyük sevinc gətirdi (Luka 10:17). Siz də yığıncaqla birgə təbliğ etməyi qarşınıza məqsəd qoya bilərsiniz?

D Ə R İ N L İ Y Ə  V A R I N

Gəlin görək həyəcanın öhdəsindən necə gələ bilərsiniz və müjdəni təbliğ etmək insana nəyə görə sevinc gətirir.

3. Yehova sizinlə olacaq

Bəzən insan narahat olur ki, birdən təbliğ etsə, qarşı tərəf mənfi münasibət göstərər.

  • Öyrəndiklərinizi başqalarına danışmağa çəkinirsiniz? Nəyə görə çəkinirsiniz, yaxud nəyə görə çəkinmirsiniz?

VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Videodakı gənclər qorxularına necə üstün gəldilər?

Əşiya 41:10 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Təbliğ etməyə qorxanda dua sizə necə kömək edə bilər?

Bilirsiniz?

Yehovanın Şahidlərindən bir çoxu əvvəllər düşünüb ki, müjdəni heç vaxt təbliğ edə bilməz. Misal üçün, bir vaxtlar Sergeyin özünə inamı yox idi. İnsanlarla söhbət etmək ona çətin gəlirdi. Sonralar o, Müqəddəs Kitabı öyrənməyə başladı. Sergey deyir: «Qorxsam da, öyrəndiklərimi insanlara danışırdım. Müqəddəs Kitab barədə danışdıqca məəttəl qalırdım ki, özümə inamım necə artır. Həmçinin bunun sayəsində imanım da möhkəmlənirdi».

4. Hörmətlə danışın

Xoş xəbəri kiminləsə bölüşmək istəyəndə təkcə deyəcəyinizi yox, necə deyəcəyinizi də düşünün. 2 Timutiyə 2:24 1 Butrus 3:15 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Müqəddəs Kitab barədə söhbət edərkən bu ayələrdəki məsləhətlərə necə əməl edə bilərsiniz?

  • Ailə üzvləriniz və ya dostlarınız sizinlə razılaşmaya bilər. Bu zaman nə etsəniz yaxşı olar? Bəs nə etmək olmaz?

  • Nə üçün yaxşı olar ki, qəti danışmayasınız, əksinə, nəzakətlə suallar verəsiniz?

5. Xoş xəbəri bölüşmək sevinc bəxş edir

Yehova İsa Məsihə xoş xəbəri təbliğ etmək işini həvalə etmişdi. İsa bu işə necə yanaşırdı? Yəhya 4:34 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yaxşı yemək yeyəndə həm canımız sağlam olur, həm də kefimiz açılır. Nəyə görə İsa Allahın iradəsini yerinə yetirməyi, eləcə də təbliğ etməyi yemək yeməyə bənzətmişdi?

  • Sizcə, müjdəni təbliğ etmək insana nə üçün sevinc gətirir?

Məsləhət

  • Həftəarası görüşdə bir neçə nəfərə yaxınlaşıb söhbət etməyə çalışın.

  • Müəlliminizdən soruşun ki, həftəarası görüşdə şagirdlərə verilən tapşırıqla çıxış etmək üçün nə lazımdır. Bu tapşırıqlar sayəsində öyrəndiklərinizi başqalarına danışmaq sizə asan olacaq.

  • «Bəzi insanlar deyir» və ya «Bəzi insanlar soruşur» çərçivəsindəki suallara və etirazlara cavab verərək məşq edin.

BƏZİ İNSANLAR SORUŞUR: «Təzə nə xəbər var?»

  • Bu zaman fürsətdən istifadə edib Müqəddəs Kitab barədə necə söhbət aça bilərsiniz?

İCMAL

Müjdəni başqalarına danışmaq insana sevinc gətirir. Söhbətə başlamaq elə də çətin deyil.

Təkrar

  • Nəyə görə insanlara müjdəni təbliğ edirik?

  • Bunu hörmətcil tərzdə necə edə bilərsiniz?

  • Təbliğ etmək qorxusunu necə aşa bilərsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

jw.org vizit kartı vasitəsilə müjdəni təbliğ etməyin dörd asan üsulu ilə tanış olun.

«Xidmətdə JW.ORG saytının vizit kartlarından istifadə edirsiniz?» (1:43)

Müjdəni təbliğ etməyə kömək edən dörd xüsusiyyət barədə öyrənin.

«Müjdəçi olmağa hazırsınız?» («Gözətçi qülləsi», sentyabr 2020)

Müqəddəs Kitabdakı bir hadisənin köməyi ilə hətta uşaqlar da müjdəni cəsarətlə bölüşə bilər.

«Yehova sənə cəsarət verəcək» (11:59)

Görün qohumlarınıza Müqəddəs Kitab barədə necə danışa bilərsiniz.

«İmanımıza şərik olmayan qohumların ürəyinə yol tapın» («Gözətçi qülləsi», 15 mart 2014)