Kontentə keç

Mündəricatı göstər

DƏRS 23

Vəftiz ən gözəl məqsəddir

Vəftiz ən gözəl məqsəddir

İsa vəftizin məsihilər üçün tələb olduğunu bildirmişdi. (Mətta 28:19, 20 ayələrini oxuyun.) Bəs vəftiz nədir? Vəftiz olunmaq üçün insan nə etməlidir?

1. Vəftiz nədir?

«Vəftiz» sözü yunan dilindən gəlib. Mənası suya «batırmaq» deməkdir. İsa İordan çayında, suya tamamilə batırılaraq vəftiz olunmuşdu. Buna görə də ayədə yazılıb ki, «İsa vəftiz olan kimi sudan çıxdı» (Mətta 3:13, 16). Buna bənzər tərzdə əsl məsihilər də tamamilə suya batırılmaqla vəftiz olunur.

2. Vəftizin mənası nədir?

İnsan vəftiz olunanda özünü Yehova Allaha həsr etdiyini göstərir. Bəs Yehovaya həsr olunmaq nə deməkdir? Vəftizdən qabaq insan dua edib Yehovaya deyir ki, əbədiyyən Ona xidmət etmək istəyir. Duasında söz verir ki, təkcə Yehovaya ibadət edəcək və Onun buyruqlarını yerinə yetirməyi hər şeydən üstün tutacaq. O qərar verir ki, özünü inkar etsin və daima İsanın ardınca getsin, yəni onun təlimlərinə uyğun yaşasın və nümunəsini izləsin (Mətta 16:24). İnsan özünü Allaha həsr edib vəftiz olunmaqla həm Yehova ilə dost olur, həm də dindaşları ilə.

3. Vəftiz olunmaq üçün insan nə etməlidir?

Vəftiz olunmazdan qabaq Yehova barədə öyrənmək və Ona iman etmək vacibdir. (İbranilərə 11:6 ayəsini oxuyun.) Biliyiniz və imanınız artdıqca, Yehovaya məhəbbətiniz də artacaq. Onun haqqında insanlara danışmaq, Onun dediyi kimi yaşamaq istəyəcəksiniz (2 Timutiyə 4:2; 1 Yəhya 5:3). Yehovanı tam razı salmaq üçün Onun adına layiq yaşayanda isə həyatınızı Ona həsr edib vəftiz olunmaq istəyəcəksiniz a (Koloslulara 1:9, 10).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün İsanın vəftizindən nə öyrənirik və bu vacib addımı atmağa necə hazırlaşmaq olar.

4. İsanın vəftizindən nə öyrənirik?

İsanın vəftizi ilə bağlı ətraflı öyrənmək üçün Mətta 3:13—17 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • İsa vəftiz olunanda körpə idi?

  • O necə vəftiz olundu?

Vəftiz olunandan sonra İsa Yehovanın tapşırdığı xüsusi işi icra etməyə başladı. Luka 3:21—23 Yəhya 6:38 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Vəftizdən sonra İsa hansı işi həyatında birinci yerə qoydu?

5. Vəftiz əlçatan məqsəddir

Özünü Allaha həsr etmək və vəftiz olunmaq aşılmaz dağ kimi görünə bilər. Ancaq Yehova haqda öyrəndikcə və Onu yaxından tanıdıqca bu vacib qərarı verməyə özünüzü hazır hiss edəcəksiniz. Bu qərarı verən bəzi insanlarla tanış olmaq üçün VİDEOYA baxın.

Yəhya 17:3 Yaqub 1:5 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Vəftizə hazır olmağa insana nə kömək edə bilər?

  1. Yehovaya dua edib əbədiyyən Ona xidmət edəcəyimizə söz verməklə özümüzü Ona həsr edirik

  2. Vəftiz olunanda isə özümüzü Allaha həsr etdiyimizi insanlara bildiririk

6. Vəftiz olunmaqla Yehovanın ailəsinə daxil oluruq

Biz vəftiz olunanda ümumdünya ailənin bir üzvü oluruq. Müxtəlif ölkələrdən və xalqlardan olsaq da, hamımızın etiqadı və əxlaq dəyərləri eynidir. Zəbur 25:14 1 Butrus 2:17 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Vəftiz insanın Yehova Allahla və Onun xidmətçiləri ilə münasibətinə necə təsir edir?

BƏZİ İNSANLAR DEYİR: «Vəftiz olunmağa hazır deyiləm».

  • Əgər siz də belə düşünürsünüzsə, nə üçün bu məqsədə can atmağa dəyər?

İCMAL

İsa vəftizin məsihilər üçün tələb olduğunu bildirmişdi. Bu məqsədə nail olmaq üçün insan Yehovaya güclü iman yetişdirməli, Onun qanunlarına uyğun yaşamalı və özünü Ona həsr etməlidir.

Təkrar

  • Vəftiz nədir və nə üçün vacibdir?

  • Özünü Yehovaya həsr etməklə vəftiz olunmaq arasında hansı əlaqə var?

  • Yehovaya həsr olunmazdan və vəftiz olunmazdan əvvəl hansı addımları atmaq lazımdır?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Vəftizin nə olduğu barədə ətraflı öyrənin.

«Vəftiz nədir?» (internet məqaləsi)

Vəftiz olunmaq üçün hansı tələblərə cavab vermək lazımdır?

«Məhəbbət və minnətdarlıq vəftizə aparan yoldur» («Gözətçi qülləsi», mart 2020)

Nəyə görə vəftiz olunmaq gözəl məqsəddir və bu məqsədə necə çatmaq olar?

«Nə üçün vəftiz olunum?» («Gənclərin sualları. Praktiki məsləhətlər», cild 2, fəsil 37)

a Əgər insan əvvəllər başqa dinin üzvü kimi vəftiz olunubsa, o, yenidən vəftiz olunmalıdır. Nə üçün? Çünki həmin dində ona Müqəddəs Kitabdakı həqiqəti öyrətməyiblər. (Həvarilərin işləri 19:1—5 ayələrinə və 13-cü dərsə baxın.)