Kontentə keç

Mündəricatı göstər

DƏRS 24

Mələklər barədə nə bilirik?

Mələklər barədə nə bilirik?

Yehova istəyir ki, biz Onun səmavi ailəsini tanıyaq. Bu ailə mələklərdən ibarətdir. Onlar «Allah oğulları» adlanır (Əyyub 38:7). Müqəddəs Kitabda mələklər barədə nə yazılıb? İnsanların həyatında onların hansı rolu var? Mələklərin hamısı Allahın ailəsinə daxildir?

1. Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?

Yehova Yer kürəsini yaratmazdan qabaq mələkləri xəlq etmişdi. Onlar da, Yehova Allah kimi, gözəgörünməz ruhani varlıqlardır. Onların məskəni göylərdir (İbranilərə 1:14). Mələklərin sayı milyonlarladır və hər biri bir-birindən fərqlənir (Vəhy 5:11). Onlar Yehovanın «sözünü eşidib» əməl edirlər (Zəbur 103:20). Qədimdə Yehova mələkləri vasitəsilə xalqına xəbər çatdırırdı, onlara kömək edirdi və bəlalardan qurtarırdı. Bu gün isə mələklər məsihilərə Allah haqqında öyrənmək istəyən insanları tapmağa kömək edir.

2. Şeytan və cinlər haqda nə bilirik?

Bəzi mələklər Yehovaya sadiq qalmadı. Allahdan üz döndərən ilk mələk «İblis və Şeytan» adını qazanıb. Müqəddəs Kitabda deyilir ki, o, bütün dünyanı aldadır (Vəhy 12:9). Şeytan istəyirdi ki, başqaları üzərində hökmranlıq etsin. Elə bu məqsədlə o, Adəmlə Həvvanı Allaha qarşı qaldırdı. Hətta sonradan bəzi mələkləri də öz tərəfinə çəkdi. Bu üsyankar mələklər cinlər adlanır. Yehovanın əmri ilə onlar göydən yerə atıldı. Bu şər mələklər tamamilə məhv ediləcəklər. (Vəhy 12:9, 12 ayələrini oxuyun.)

3. Şeytan və cinlər insanları necə aldadır?

Şeytan və cinlər insanları cindarlıqla aldadır. Cindarlıq deyildikdə ruhlarla əlaqə yaratmaq nəzərdə tutulur. Bu, günah işdir. Bəzi insanlar məsləhət üçün falçılara, ekstrasenslərə, cadugərlərə, yuxuyozma kitablarına, ulduz falına üz tutur. Bir başqaları isə cindarlıqla əlaqəsi olan müalicə üsullarından istifadə edir. Cinlər həmçinin insanları inandırır ki, guya insan ölü ilə danışa bilər. Amma Yehova xəbərdarlıq edir: «Cindarlara üz tutub, baxıcı yanına gedib özünüzü murdarlamayın» (Lavililər 19:31). Yehova bizi Şeytan və cinlərdən qorumaq üçün bu xəbərdarlığı verir. Onlar Allahın düşmənləridir və bizə zərər vurmaq istəyirlər.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün mələklər hansı xeyirli işi görür, cindarlığın hansı təhlükələri var, həmçinin özümüzü Şeytan və cinlərdən necə qoruya bilərik.

4. Mələklər insanlara Yehova haqda öyrənməyə kömək edir

Mələklər insanlara birbaşa təbliğ etmir. Onlar Allahın xidmətçilərinə kömək edirlər ki, Allah haqda öyrənmək istəyən insanları tapsınlar. Vəhy 14:6, 7 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Nəyə görə təbliğ işində mələklərin köməyinə ehtiyacımız var?

  • Mələklər sizə Allahı axtaran insanları tapmağa kömək edəcək. Bunu bilmək sizdə hansı hissləri doğurur?

5. Cindarlıqdan uzaq durun

Şeytan və cinlər Yehovanın düşmənidir. Deməli, bizim də düşmənimizdir. Luka 9:38—42 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Cinlər insanlarla necə davranır?

Biz cinlərin təsiri altına düşmək istəmirik. Qanunun təkrarı 18:10—12 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Cinlər hansı üsullarla bizi təsir altına salmaq və ya bizimlə əlaqə yaratmaq istəyir? Yaşadığınız ərazidə hansı üsullar geniş yayılıb?

  • Sizcə, nəyə görə Yehovanın cindarlığı qadağan etməsi düzgündür?

VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Sizcə, Balesanın qızının biləyindəki həmail zərərli idi? Nəyə görə belə düşünürsünüz?

  • Şər ruhlardan qorunmaq üçün Balesa nə etməli idi?

Əsl məsihilər həmişə cinlərə qarşı durublar. Həvarilərin işləri 19:19 1 Korinflilərə 10:21 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Əgər sizdə cindarlıqla əlaqəli əşya varsa, nəyə görə onu məhv etmək lazımdır?

6. Şeytan və cinlərlə mübarizədə qalib gəlin

Cinlər Şeytanın tabeliyindədir. Sadiq mələklər isə baş mələk Mikayılın tabeliyindədir. Mikayıl İsa Məsihin digər adıdır. Gəlin görək Mikayıl mələk nə dərəcədə güclüdür. Vəhy 12:7—9 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Kim daha güclüdür: Mikayıl və mələkləri, yoxsa Şeytan və cinləri?

  • Sizcə, İsanın davamçıları Şeytan və cinlərdən qorxmalıdır?

Siz Şeytan və cinlərlə mübarizədə qalib gələ bilərsiniz. Yaqub 4:7 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Özünüzü Şeytan və cinlərdən necə qoruya bilərsiniz?

BƏZİ İNSANLAR DEYİR: «Cindarlıqla əlaqəsi olan oyunlar oynamaqda, yaxud filmlərə baxmaqda pis nə var ki?! Bu sadəcə əyləncədir».

  • Nə üçün bu, təhlükəli fikirdir?

İCMAL

Sadiq mələklər bizə kömək edir. Şeytan və cinlər Yehovanın düşmənidir. Onlar cindarlıq vasitəsilə insanları aldadır.

Təkrar

  • Mələklər insanlara Yehova haqda öyrənməyə necə kömək edir?

  • Şeytan və cinlər haqda nə bilirik?

  • Siz nə üçün cindarlıqdan uzaq durmaq istəyirsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

İsa Məsihin baş mələk Mikayıl olduğunu təsdiq edən sübutlarla tanış olun.

«Baş mələk Mikayıl kimdir?» (internet məqaləsi)

Şeytanın real varlıq olduğuna hansı sübutlar var?

«Şeytan varmı?» (internet məqaləsi)

Görün bir qadın cinlərin təsirindən necə yaxa qurtardı.

«O, həyatın mənasını tapdı» («Gözətçi qülləsi», 1 iyul 1993)