Kontentə keç

Mündəricatı göstər

DƏRS 30

Vəfat etmiş doğmalarınız diriləcək!

Vəfat etmiş doğmalarınız diriləcək!

Ölüm insana kədər, ağrı-acı yaşadır. Elə buna görə də Müqəddəs Kitabda ölüm düşmən adlanır (1 Korinflilərə 15:26). 27-ci dərsdə öyrəndik ki, Yehova bu düşməni məğlub edəcək. Bəs ölülərin aqibəti necə olacaq? Bu dərsdə Yehovanın gözəl vədi haqda öyrənəcəyik. O, milyardlarla insanı əbədiyyən xoşbəxt yaşamaq üçün həyata qaytaracaq. Onlar diriləcəklər! Belə bir şey mümkündür? Onlar dirilib göydə yaşayacaq, yoxsa yerdə?

1. Yehovanın vəfat etmiş doğmalarımızla bağlı niyyəti nədir?

Yehova insanları həyata qaytarmağı səbirsizliklə gözləyir. Əyyub adlı mömin insan əmin idi ki, ölsə də, Allah onu unutmayacaq. O, Allaha demişdi: «Sən çağıracaqsan, mən [Məzardan] hay verəcəyəm». (Əyyub 14:13—15 ayələrini oxuyun.)

2. Haradan bilirik ki, ölülər diriləcək?

İsa Məsih yer üzündə olanda Allah ona ölüləri diriltmək qüdrəti vermişdi. O, 12 yaşlı qızı və bir dul qadının oğlunu həyata qaytarmışdı (Mark 5:41, 42; Luka 7:12—15). Bu hadisədən bir müddət sonra İsanın dostu İlazər də öldü. İlazər artıq dörd gün idi ki, dəfn edilmişdi. Ancaq İsa onu diriltdi. O, Allaha dua etdi, üzünü sərdabəyə tutub ucadan səslədi: «İlazər, çölə çıx!» «Ölmüş adam sərdabədən çıxdı». O sağ idi! (Yəhya 11:43, 44). Təsəvvür edirsiniz, İlazərin doğmaları, dostları necə sevinirdi!

3. Vəfat etmiş doğmalarınız üçün hansı ümid var?

Müqəddəs Kitabda vəd olunur ki, dirilmə olacaq (Həvarilərin işləri 24:15). İsanın həyata qaytardığı insanlar dirilməmişdən qabaq göydə deyildilər (Yəhya 3:13). İsa onları yer üzündə diriltmişdi və onlar buna görə çox sevinirdilər. Tezliklə İsa milyardlarla insanı yer üzündə əbədiyyən xoşbəxt yaşamaq üçün dirildəcək. O demişdi ki, «xatirə sərdabələrində», yəni Allahın yaddaşında olan hər kəs dirildiləcək. Bəli, onlardan kimsə insanların yaddaşından silinsə belə, Allah onları dirildəcək (Yəhya 5:28, 29, haşiyə).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün ölülərin diriləcəyi ilə bağlı hansı sübutlar var. Həmçinin bu həqiqətin verdiyi ümid və təsəlli barədə öyrənin.

4. İsa Məsih sübut etdi ki, ölüləri diriltməyə qadirdir

İsanın İlazəri diriltməsi barədə ətraflı öyrənin. Yəhya 11:14, 38—44 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • İlazərin öldüyünü haradan bilirik? (39-cu ayəyə baxın.)

  • İlazər göyə getmiş olsaydı, sizcə, İsa onu dirildib yer üzünə qaytarardı?

VİDEOYA baxın.

5. Milyardlarla insan diriləcək!

Zəbur 37:29 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Milyardlarla insan dirilib harada yaşayacaq?

İsa Məsih Yehovaya ibadət edən kəslərlə yanaşı başqa insanları da dirildəcək. Həvarilərin işləri 24:15 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Kimin dirilməsini istəyərdiniz?

Ata övladını asanlıqla yuxudan oyatdığı kimi, İsa da ölüləri asanlıqla dirildəcək

6. Dirilmə haqda həqiqət sizə ümid və təsəlli verə bilər

Yairin qızının dirilməsi ilə bağlı əhvalat yaslı insanlara toxtaqlıq və ümid verir. Bu hadisəni Luka 8:40—42, 49—56 ayələrindən oxuyun.

Qızı diriltməzdən əvvəl İsa Yairə dedi: «Qorxma, sən bircə inan». (50-ci ayəyə baxın.) Növbəti hallarda dirilmə ümidi sizə necə kömək edə bilər?

  • Doğmanız vəfat edəndə.

  • Həyatınız təhlükədə olanda.

VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Dirilmə ümidi Felisitinin valideynlərinə necə kömək edir?

BƏZİ İNSANLAR DEYİR: «Ölülər yerdə yox, göydə diriləcək».

  • Siz nə düşünürsünüz?

  • İnsanların böyük əksəriyyətinin yerdə diriləcəyini hansı ayə ilə göstərə bilərsiniz?

İCMAL

Müqəddəs Kitabda vəd edilir ki, milyardlarla insan diriləcək. Yehova ölən insanların yenidən yaşamağını istəyir və İsaya onları diriltmək qüdrəti verib.

Təkrar

  • Haradan bilirik ki, Yehova və İsa ölüləri diriltmək istəyir?

  • Milyardlarla insan diriləndə harada yaşayacaq: göydə, yoxsa yerdə? Nəyə görə belə düşünürsünüz?

  • Vəfat edən doğmanızın yenidən yaşayacağına nəyə görə inanırsınız?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Kədərə tab gətirmək üçün hansı addımları ata bilərsiniz?

«Kədərdən qurtulmağın yolları» («Oyanın!» № 3, 2018)

Görün Müqəddəs Kitabdakı ayələr yaslı insana necə kömək edə bilər.

«İtkiyə necə dözmək olar?» (5:06)

Uşaqlar sevdiyi adamın ölümünə necə tab gətirə bilər?

«Fidyə» (2:07)

Göydə yaşamaq üçün dirilənlər olacaq? Kimlər dirilməyəcək?

«Dirilmə nədir?» (internet məqaləsi)